Gürcüstanda bəzi ərzaq məhsullarının qiymətində azalma olub
Tbilisi, 3 iyul, AZƏRTAC
Gürcüstanda iyun ayında bəzi ərzaq məhsullarının qiymətində azalma, geyim və səhiyyə xidmətlərində qiymət artımı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında deyilir. Bildirilir ki, ötən ay Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə 1,4 faiz azalıb. İllik inflyasiya isə 6,1 faizə bərabər olub.
İyun ayında ölkədə ərzaq və alkoqolsuz içkilər qrupunda 4,8 faiz, nəqliyyat xidmətlərində 3,4 faiz azalma qeydə alınıb.
Geyim və ayaqqabıların qiymətində isə əksinə 5,6 faiz bahalaşma qeydə alınıb. Səhiyyə xidmətləri sahəsində qiymət artımı 2,2 faizə bərabər olub.
Bildirilir ki, illik inflyasiya ilə müqayisədə ölkədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 13,6 faiz artıb.
Meyvə və üzüm 46,5 faiz, süd, pendir və yumurta 17,2 faiz, balıq 15,8 faiz, ət məhsulları 13,1 faiz, qəhvə, çay və kakao 14,8 faiz, yağlar 13,5 faiz, qənd, şəkər tozu, cem, bal, şokolad və qənnadı məmulatları 12,6 faiz, çörək 10 faiz, mineral sular, içkilər, meyvə və tərəvəz şirələri isə 9,3 faiz bahalaşıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]