Gürcüstanda COVID-19-a yoluxanların sayı 800 nəfəri keçib
Tbilisi, 5 iyun, AZƏRTAC
Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı artmaqda davam edir.
Son 24 saat ərzində koronavirusa daha 4 yeni yoluxma halı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların sayı 805 nəfərə çatıb. Onların 650-si müalicə olunaraq sağalıb, 13-ü isə vəfat edib.
Hazırda Gürcüstanda 2424 nəfər karantində, 304 nəfər isə stasionarda saxlanılır.
Qeyd edək ki, 3 nəfər Gürcüstan vətəndaşı müalicə üçün xarici ölkələrdən Tbilisiyə gətirilib.
Bu günədək, xarici ölkələrdə yaşayan 16 nəfər Gürcüstan vətəndaşı koronavirusdan ölüb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]