Gürcüstanda daha 557 nəfər koronavirusa yoluxub, 10 nəfər pandemiyanın qurbanı olub
Tbilisi, 11 fevral, AZƏRTAC
Gürcüstanda son sutka ərzində daha 557 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, daha 639 nəfər sağalıb, 10 pasiyent isə pandemiyanın qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.he saytında məlumat verilir.
Bildirilir ki, bununla da ölkədə indiyədək COVID-19-a yoluxanların ümumi sayı 264 158-ə çatıb. Yoluxanların 256 024-ü sağalıb, 3 321-i isə həyatını itirib.
Hazırda karantin rejimində 386, stasionar nəzarətdə 2 083 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 290 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]