Gürcüstanda elektrik enerjisi istehlakı azalıb
Tbilisi, 21 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr aylarında Gürcüstanda elektrik enerjisi istehlakı 2022-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 7,7 faiz azalaraq 12,4 milyard kilovat-saat təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Elektrik Bazarı Operatoru (ESCO) məlumat yayıb.
Bildirilir ki, hesabat dövründə Gürcüstanda ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 0,7 faiz çox - 13,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Bunun böyük hissəsi su elektrik stansiyalarının payına düşür - 10,1 milyard kilovat-saat.
ESCO-nun məlumatına görə, 2023-cü ilin əvvəlindən Gürcüstan rekord həddə elektrik enerjisi ixrac edib. Yanvar-noyabr aylarında ixrac 51,2 faiz artaraq 1,5 milyard kilovat-saata çatıb. Elektrik enerjisi əsasən Türkiyəyə ixrac olunub ki, bu da bütün ixracın 88,8 faizinə bərabərdir.
Bununla yanaşı, həmin dövrdə Gürcüstan qonşu ölkələrdən - Rusiyadan 678,4 milyon kilovat-saat, Azərbaycandan isə 3,29 milyon kilovat-saat elektrik enerjisi idxal edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]