Gürcüstanda elektrik enerjisinin kəsilməsinin ilkin səbəbi açıqlanıb
Tbilisi, 4 avqust, AZƏRTAC
Gürcüstanda iyulun 25-də ölkənin böyük hissəsində elektrik enerjisinin kəsilməsi “İmereti” yüksəkgərginlikli elektrikötürmə xəttində baş vermiş qəza ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Energetika və Su Təchizatının Tənzimlənməsi üzrə Milli Komissiyasının sədri David Narmaniya məlumat verib. Onun sözlərinə görə, “İmereti” yüksəkgərginlikli elektrikötürmə xəttində qəza baş verib. Qəzadan sonra avtomatik mühafizə sistemləri lazımi qaydada işləməyib ki, bu da demək olar, bütün ölkədə elektrik enerjisinin kəsilməsinə səbəb olub.
İlkin araşdırmanın nəticələrinə əsasən, “İnquri” Su Elektrik Stansiyasının aqreqatlarında tezlik və gərginliyin tənzimlənməsi də düzgün həyata keçirilməyib. Bu isə ölkənin elektrik şəbəkəsində gərginlik və tezlik dalğalanmalarına səbəb ola biləcək amillərdən biri kimi qiymətləndirilir.
Problemin səbəblərinin tam müəyyənləşdirilməsi məqsədilə əvvəllər “İnquri” SES-də mühafizə sistemlərini quraşdırmış xarici mütəxəssislər araşdırmaya cəlb olunublar.
David Narmaniya bildirib ki, komissiyanın növbəti iclasında Gürcüstan Dövlət Elektrik Sistemi şirkətinin nümayəndələrinin hesabatı dinləniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]