Gürcüstanda ərzaq və digər gündəlik tələbat malları bahalaşıb
Tbilisi, 3 noyabr, AZƏRTAC
Son bir il ərzində Gürcüstanda un və un məmulatlarının qiyməti 7,8 faiz, balıq məhsullarının 10 faiz, piy və bitki yağlarının 17,3 faiz, süd, pendir və yumurtanın qiyməti 6 faiz bahalaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Bildirilir ki, oktyabr ayında ölkədə inflyasiya 3,8 faiz olub. İllik inflyasiya fonunda alkoqolsuz içkilərin qiyməti 5,5 faiz artıb.
Qiymət artımına gəlincə, bitki yağlarının qiyməti 17,3 faiz, kofe, çay, kakaonun 13,6 faiz, balığın 10,3 faiz, un və un məmulatlarının 7,8 faiz, süd, pendir və yumurtanın 6 faiz, şəkər, cem və digər şirniyyat məhsullarının qiyməti 4,5 faiz bahalaşıb. Bununla belə meyvə və üzümün qiymətində 3,2 faiz azalma qeydə alınıb.
Ölkədə bəzi xidmət sahələrində də qiymət artımı müşahidə olunub. Əhaliyə göstərilən səhiyyə xidmətlərinin dəyəri 9 faiz, tibbi məhsullar, aparat və avadanlığın qiyməti 13,5 faiz, ambulator səhiyyə xidmətinin qiyməti 11,8 faiz artıb.
Alkoqollu içkilərin qiyməti 5,1 faiz, tütün və tütün məmulatlarının qiyməti isə 13,5 faiz bahalaşıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]