Gürcüstanda iki müstəqil dövlət qurumu ləğv olunur
Tbilisi, 17 noyabr, AZƏRTAC
Gürcüstan Fərdi Məlumatların Mühafizəsi Xidməti 2026-cı il martın 2-dən ləğv ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili məlumat verib.
Onun sözlərinə görə, bu qurumun funksiyaları müstəqil konstitusiya orqanı kimi tam şəkildə Dövlət Audit İdarəsinə veriləcək.
“Müstəqil konstitusiya orqanı kimi Dövlət Audit İdarəsi daha yüksək dərəcədə institusional müstəqilliyə malikdir və bu, beynəlxalq standartlara tam uyğundur”, - deyə Ş.Papuaşvili bildirib.
Bundan əlavə, Biznes Ombudsmanı 2026-cı il yanvarın 1-dən İqtisadiyyat Nazirliyinin tabeliyinə veriləcək.
Papuaşvili bildirib ki, Biznes Ombudsmanın İqtisadiyyat Nazirliyinə verilməsi biznesin ehtiyaclarına daha operativ cavab verilməsini və siyasi səviyyədə daha yaxşı koordinasiyanı təmin edəcək.
Bildirilib ki, ümumilikdə bu dəyişikliklər idarəetmə sisteminin konstitusiya strukturunun təqribi optimallaşdırılması ilə qurulmuş dövlət resursları ilə uyğunlaşdırılmasını təmin edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]