Gürcüstanda insanların koronavirusa qarşı kütləvi peyvəndlənməsinə başlanılıb
Tbilisi, 5 iyul, AZƏRTAC
Bu gündən Gürcüstanda əhalinin koronavirus əleyhinə kütləvi peyvəndlənməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, vaksinasiya prosesinə 350-yə yaxın tibbi briqada cəlb olunub.
Gün ərzində 20 mindən 30 minədək insanın vaksinasiyası nəzərdə tutulub.
Bu minvalla hökumət ilin sonuna qədər kollektiv immunitetə nail olmaq üçün yetkinlik yaşına çatmış əhalinin 60 faizinin peyvəndlənməsini planlaşdırır.
Hökumət dəftərxanasından bildirilib ki, Gürcüstanda kütləvi vaksinasiyada tətbiq olunacaq milyon dozadan ibarət “Sinopharm” və “Sinovac” preparatları iyulun 2-də tədarük olunub.
Qeyd edək ki, Avstriya hökuməti Gürcüstana 5 min doza “AstraZeneca” vaksini hədiyyə edib.
İnsanların kütləvi peyvəndlənməsində bu vaksindən də istifadə olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]