DÜNYA
Gürcüstanda koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb
Tbilisi, 26 sentyabr, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxma ilə əlaqədar yeni antirekord qeydə alınıb.
Son sutka ərzində ölkədə daha 296 nəfər koronavirusa yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat verilib.
Bildirilir ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 4960-a çatıb.
Son 24 saat ərzində 60 nəfər müalicə olunaraq xəstəxanadan evə buraxılıb.
Gürcüstanda pandemiya qurbanlarının sayı 27 nəfərdir.
Hazırda ölkədə 5584 nəfər karantində, 830 nəfər stasionarda həkim nəzarətindədir.
Koronavirus xəstələrinin 19-nun vəziyyəti ağır qiymətləndirilir.
Koronavirusa yoluxma yenə də ən çox Acarıstan bölgəsində qeydə alınıb - 166 nəfər. İkinci yerdə 55 nəfərlə İmereti bölgəsi, üçüncü yerdə isə 41 nəfərlə paytaxt Tbilisi şəhəridir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi