GÜRCÜSTANDA PENSİYAÇILAR YENİDƏN QEYDƏ ALINIRLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Dövlət Sosial Təminat Fondunun baş direktoru Zaza Sopromadzenin bildirdiyinə görə, hazırda ölkədə 865 min pensiyaçı uçotdadır. Lakin bu, olduqca şişirdilmiş rəqəmlərdir, əslində isə pensiyaçıların sayı azdır. Buna görə də ölkə miqyasında onların yenidən qeydə alınmasına başlanmışdır. Bu iş iyulun 15-dək başa çatdırılacaq və bununla da büdcə israfına son qoyulacaqdır.
Xatırladaq ki, Gürcüstanda uçotda hazırda 200 minədək əlil vardır. Bu rəqəm də şübhə yaratdığından əlillər yenidən qeydə alınırlar. İlkin məlumata görə, qeyri–qanuni yolla əlillik sənədi əldə edənlər büdcədən hər ay 2 milyonadək lari alırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [18:19]