Gürcüstanın Acarıstan bölgəsində 80-dək evi qarət edən gənc yaxalanıb
Tbilisi, 23 sentyabr, AZƏRTAC
Gürcüstanın Acarıstan Muxtar Respublikasının Xulo rayonu ərazisində 78 bağ evini qarət edən gənc yaxalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xeyli vaxtdır axtarışda olan gənc yaxalanarkən ondan qarət etdiyi evlərdən götürdüyü qiymətli əşyalar maddi sübut kimi götürülüb.
Hazırda faktla bağlı təhqiqat aparılır. Onu 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]