Gürcüstanın aparıcı KİV-ləri yeni yaradılan “YAŞAT” Fondu barədə yazırlar
Tbilisi, 8 dekabr, AZƏRTAC
Gürcüstanın aparıcı report.ge, 24news.ge və aktual.ge informasiya portalları Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” imzaladığı Fərman barədə məlumat yayıblar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, rus, ingilis və gürcü dillərində yayılan materiallarda Azərbaycan dövlətinin şəhid ailələrinə diqqət və qayğısı qeyd olunur.
Yeni yaradılacaq Fondun məqsəd və vəzifələri barədə məlumat verilir, bununla Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizədə həyatını itirmiş şəxslərin ailə üzvlərinə və əlil olmuş, sağlığını itirmiş şəxslərin dövlət qayğısı ilə tam təmin olunacaqları barədə oxuculara ətraflı məlumat verilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi