GÜRCÜSTANIN ENERGETİKA SİSTEMİNDƏ QƏZA BAŞ VERMİŞDİR
AZƏRTAC-ın Tbilisidən aldığı xəbərə görə, iyulun 9-da Gürcüstanda elektrik enerjisi verilməsi dayanmışdır. Hətta çox vacib obyektlərə də elektrik enerjisi verilmir, xəstəxanalar, dövlət müəssisələri, yaşayış evləri işıqsız qalmışdır.
“Gürcüstanın Birləşmiş Enerji Sistemi” xəbər verir ki, qəza Gürcüstanın ən iri İnquri SES-i şərq ərazilərindəki obyektlərlə birləşdirən “İmereti” elektrikötürmə xəttində baş vermişdir. Gərginliyin xeyli azalması nəticəsində Gürcüstanın bütün energetika sistemi sıradan çıxmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]