GÜRCÜSTANIN ERMƏNİLƏR YAŞAYAN BÖLGƏSİNDƏ ÇÖRƏK BAHALAŞIB
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin əsasən ermənilər yaşayan Axalkalaki rayonunda çörək məmulatının bahalaşdığı, sosial-iqtisadi şəraitin ağırlığı üzündən yerli əhalinin yurd-yuvasını tərk etdiyi bildirilir. Rayon sakinlərinin sözlərinə görə, Sxinvali bölgəsindəki Erqneti yarmarkası bağlandıqdan sonra burada unun bir kisəsinin qiyməti 10 lari artmışdır, 600 qramlıq çörək isə bir lariyədir. Ərzağın, yanacaq və odunun qiymətinin də son vaxtlar kəskin surətdə artdığı bildirilir.
Samtsxe-Cavaxeti bölgəsinin rəhbərliyi Axalkalakiyə 100 ton un göndərməyi qərara almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]