Gürcüstanın İmereti bölgəsində torpaq sürüşməsi yenidən aktivləşib
Tbilisi, 25 avqust, AZƏRTAC
Gürcüstanın qərbində, xüsusilə də İmereti bölgəsində torpaq sürüşməsi halları artıb.
AZƏRTAC xəbər verir ki, hazırda Karneba çayının daşması səbəbindən Xaraqauli bələdiyyəsinin ərazisində bir neçə kənd təhlükə altındadır. Belə ki, iyun ayının sonunda sürüşmə proseslərinin intensivləşməsi ilə əlaqədar Xaraqauli bələdiyyəsinə daxil olan Qverki və Hemaqali kəndlərinin bəzi sakinləri müvəqqəti təxliyə edilib. Evlərə, kənd təsərrüfatı torpaqlarına və yollara ziyan dəyib. Avqustun 23-də isə torpaq kütlələri çayın qarşısını qismən bağlayıb və sürüşmə yenidən aktivləşib. Xaraqauli rayonunun rəhbərliyi vəziyyətin nəzarətə götürüldüyünü bildirib:"Müvafiq qurumlar tərəfindən çayın məcrasının genişləndirilməsi və sürüşmənin qarşısının alınması istiqamətində işlər görülür. Mütəxəssislər çayda suyun səviyyəsini və sürüşmə proseslərinin dinamikasını izləyirlər. Sürətli reaksiya qərargahı gücləndirilmiş iş rejimində işləyir”.
Qeyd edək ki, təbii geoloji proseslərin inkişafı, əhali və infrastruktur obyektləri üçün təhlükə riskləri baxımından Gürcüstan dünyanın ən çətin dağlıq bölgələrindən birində yerləşir. Bu ölkədə yaşayış məntəqələrinin təxminən 60 faizi müxtəlif kateqoriyalı geoloji risk zonalarında yerləşir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]