Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin nümayəndə heyəti Azərbaycana səfər edəcək
Tbilisi, 12 iyul, AZƏRTAC
Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Giorgi Doxturaşvilinin rəhbərliyi ilə nümayəndə heyəti iyulun 13-də Azərbaycana səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyətinə hökumət administrasiyasından nümayəndə, qubernatorun müavinləri, həmçinin Kvemo Kartli bölgəsinə daxil olan şəhər və rayonların - Rustavi, Bolnisi, Qardabani, Dmanisi, Tetritskaro, Marneuli və Tsalka şəhərlərinin merləri, o cümlədən digər rəsmi şəxslər də daxildir.
İyulun 15-dək davam edəcək səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin bir neçə dövlət qurumunda görüşləri də nəzərdə tutulub.
Səfər çərçivəsində Azərbaycanın Şəmkir, Ağstafa, Göygöl və Daşkəsən şəhərləri ilə Gürcüstanın Marneuli, Qardabani, Bolnisi və Dmanisi şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanacaq.
Qeyd olunub ki, səfirliyin təşkilatçılığı ilə 2021-ci ilin iyul ayının 13-də Bakı ilə Tbilisi şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümü qeyd edilib
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Türkiyədə zəlzələ olub
- 18.08.2026 [23:56]
"Hapoel"in baş məşqçisi: “Sabah” keyfiyyətli və sürətli komandadır
- 18.08.2026 [23:24]
Yunanıstanda meşə yanğınları başlayıb
- 18.08.2026 [22:55]
İsrail Qəzzada HƏMAS-ın komandirlərinin görüş keçirdiyi yerə zərbə endirib
- 18.08.2026 [22:24]
Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib
- 18.08.2026 [22:01]
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
- 18.08.2026 [21:47]
Media: Avropanın miqrasiya siyasəti böhranın nəticələrinə yönəlir
- 18.08.2026 [21:39]
"Barselona" Rodrinin transferini açıqlayıb
- 18.08.2026 [21:27]