Gürcüstanın qərbində torpaq sürüşməsi yenidən aktivləşib
Tbilisi, 13 mart, AZƏRTAC
Qərbi Gürcüstanın Tkibuli bələdiyyəsinin Kurseb kəndinin ərazisində torpaq sürüşməsi yenidən aktivləşib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ərazidə geoloji vəziyyəti öyrənən geoloq Anri Namiçeişvili məlumat verib.
O deyib ki, hazırda sürüşmə prosesi aktiv fazadadır və monitorinq davam edir.
Qeyd edək ki, martın 12-si Kurseb kəndində torpaq sürüşməsi baş verib. Sürüşmə 58 hektara qədər ərazini əhatə edib, 15-ə yaxın ev uçub, 45-ə qədər sakinin torpaq sahələri və evləri risk altındadır. Dünən sürüşmə zonasından 38, bu gün isə 7 ailə təxliyə olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]