Gürcüstanın valyuta ehtiyatları 7,1 milyard dollara çatıb
Tbilisi, 5 avqust, AZƏRTAC
Gürcüstanın iqtisadiyyatı ilə paralel olaraq, valyuta ehtiyatları da artır. İyul ayında ölkənin valyuta ehtiyatları 7,1 milyard dollar təşkil edib. Bu da illik müqayisədə 52 faiz artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.
Onun sözlərinə görə, bütün bunlar iqtisadi uğurların və Milli Bankın uğurlu fəaliyyətinin nəticəsidir. Həmçinin onların fəaliyyətinin nəticəsi olaraq son aylarda larinin məzənnəsi möhkəmlənib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]