GÜRCÜSTANLA RUSİYA ARASINDA ÇƏRÇİVƏ MÜQAVİLƏSİ PAYIZDA İMZALANACAQDIR
Gürcüstanın Rusiya Federasiyasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kote Kemulariyanın sözlərincə Rusiya ilə Gürcüstan arasında çərçivə müqaviləsinin bütün bəndləri ilə bağlı, demək olar ki, tam razılıq əldə edilmişdir. Müqavilədə Gürcüstan ərazisində heç bir xarici ölkənin hərbi hissələrinin yerləşdirilməyəcəyi də nəzərdə tutulur.
Səfir qeyd etmişdir ki, Rusiya hərbi bazalarının Gürcüstan ərazisindən çıxarılması bu ölkələrin münasibətlərinə təsir etməyəcəkdir.
Çərçivə müqaviləsinin payızda - Rusiya prezidentinin Gürcüstana səfəri zamanı imzalanacağı ehtimal olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]