Gürcüstanlı futbolçu: "Kəpəz"in Premyer Liqada qalması üçün əlimizdən gələni edəcəyik
Bakı, 12 yanvar, AZƏRTAC
"Fərdi və kollektiv olaraq özümüzü inkişaf etdirməliyik".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Kəpəz" klubunun gürcüstanlı futbolçusu Giorgi Papunaşvili deyib.
28 yaşlı yarımmüdafiəçi komandasının bir çox oyunda yaxşı mübarizə apardığını bildirib: "Düzdür, bu da kifayət deyil. Amma anlayırıq ki, "Kəpəz" kimi tarixi olan komandanın şərəfini qoruyuruq və rəqibləri məğlub etməyə çalışırıq. "Sarı-göylər"in növbəti mövsümdə də Premyer Liqada oynaması üçün əlimizdən gələni edəcəyik".
Bu qış transfer təkliflərinin olub-olmaması ilə bağlı da danışan oyunçu bunları söyləyib: "Hazırda bütün diqqətimi "Kəpəz"ə yönəltmişəm. Komandama kömək etməyə çalışıram. Gələcəkdə nə olacağını görəcəyik".
Qeyd edək ki, "Kəpəz" 18 turdan sonra topladığı 14 xalla doqquzuncu pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]