GÜRCÜSTANLI MÜSƏLMANLAR QURBAN BAYRAMINI GENİŞ QEYD ETMİŞLƏR
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Borçalıda və Gürcüstanın azərbaycanlılar yaşayan digər bölgələrində Qurban bayramı elliklə qeyd olunmuşdur. Burada fəaliyyət göstərən məscidlərdə qurbanlar kəsilmiş, imkansızlara qurban payı verilmişdir. Bu ilki Qurban bayramında Azərbaycan xalqının ümummilli lideri Prezident Heydər Əliyevin xatirəsi də yad edilmiş, onun ruhuna dualar oxunmuşdur.
Qurban bayramı Acarıstan Muxtar Respublikasının müsəlmanlar yaşayan rayon və kəndlərində, əhalisinin 40 faizə qədəri müsəlmanlar olan Abxaziyada bu il daha təmtəraqlı keçirilmişdir.
Batumidəki Cümə məscidində keçirilmiş bayram mərasimində respublikanın rəsmi şəxsləri də iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:09]
İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb
- 29.09.2026 [18:54]
Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO
- 29.09.2026 [16:12]
Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb
- 29.09.2026 [15:36]