HACIQABUL RAYONUNUN BİRİNCİ MEYNİMAN KƏNDİ İSTİQAMƏTİNDƏ KÜRDƏ BƏNDİN BİR HİSSƏSİ DAĞILMIŞDIR
Bakı, 24 may (AZƏRTAC). Mayın 23-də Hacıqabul rayonunun Birinci Meyniman kəndi yaxınlığında Kür çayında bəndin təqribən 30-40 metrlik hissəsinin dağılması nəticəsində daşqın suları kənd ərazisinə axmışdır. Dərhal hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvə və texnikası dağılmış bəndin bərpası və bərkidilməsi işlərinə başlamışdır.
Su basmış ərazidə köməksiz qalmış 4 kənd sakini çevik müdaxilə nəticəsində FHN-nin iki vertolyotu vasitəsilə xilas edilmişdir.
Eyni zamanda, FHN-nin Mülki Müdafiə Qoşunlarının və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının köməyi ilə kənd əhalisinin bir hissəsi - qadınlar, uşaqlar, qocalar köçürülmüşdür.
Fövqəladə Hallar Nazirliyindən bildirmişlər ki, təqribən 70 ev qismən daşqın sularının əhatəsində qalmışdır. Hazırda bəndində bərpa və bərkitmə işləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]