HADİSƏ YERİNDƏN QAÇMIŞ SÜRÜCÜ AXTARILIR
Xətai Rayon Polis İdarəsi dövlət yol polisi şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 28-də saat 19.30 radələrində 10-cu Zavod dairəsində - “Ramstor”un yaxınlığında, Babək prospektindəki “Dostluq” restoranının qarşısında 1935-ci il təvəllüdlü Mustafayeva Ruxsanə İsgəndər qızı naməlum avtomobillə vurularaq öldürülmüşdür.
Hadisə barədə məlumatı olanlardan 474-74-51, 534-43-34, 223-13-21 nömrəli telefonlara zəng etmələri xahiş olunur. Məxfiliyin gözlənilməsinə zəmanət verilir.