HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİ VAKANT HAKİM VƏZİFƏLƏRİNƏ NAMİZƏDLƏRLƏ OKTYABRIN 1-DƏ TEST İMTAHANI KEÇİRƏCƏKDİR
Test sualları bilavasitə imtahan keçirilən zalda müşahidəçilərin və mətbuat nümayəndələrinin iştirakı ilə saat 10.00-dan etibarən seçilib, namizədlərin sayına uyğun çoxaldılacaqdır. Bu prosesi izləmək arzusunda olan bütün hakimliyə namizədlər dəvət olunurlar.
Hakimliyə namizədlər “İmtahana buraxılış vərəqəsini” sentyabrın 28-dən Hakimlərin Seçki Komitəsindən (Bakı şəhəri, İnşaatçılar prospekti, 1) şəxsiyyət vəsiqəsini təqdim etməklə almalıdırlar.
Buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün hakimliyə namizədlər imtahan verilən binanın qarşısına “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda gəlməlidirlər.
İmtahana gələrkən hakimliyə namizədlər “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaqdır. Əlavə məlumat almaq istəyənlər 430-01-17; 510-21-62 nömrəli telefonlara zəng vura bilərlər.