Hamburq limanında 400 kiloqramdan çox kokain ələ keçirilib
Berlin, 14 sentyabr, AZƏRTAC
Almaniyanın polis və gömrük orqanlarının əməkdaşları Hamburq limanında 400 kiloqramdan çox kokain ələ keçiriblər.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə ilə əlaqədar iki nəfər şübhəli şəxs qismində saxlanılıb.
Əməliyyat liman işçilərinin gəmidən avtomobilə idman çantaları yükləyən iki nəfərdən şübhələnərək təhlükəsizlik qüvvələrinə xəbər verməsindən sonra keçirilib. Avtomobil saxlanılarkən şübhəli şəxslərdən biri qaçmağa cəhd göstərsə də, limanın müəyyən hissələri dərhal bağlanıb, əməliyyata polis helikopteri cəlb olunub. Nəticədə qısa müddət sonra həmin şəxs də saxlanılaraq istintaqa cəlb edilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]