HAMBURQDAKI SOYDAŞLARIMIZ “QARABAĞ-AZƏRBAYCAN” ADLI FUTBOL KOMANDASI YARATMIŞLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyanın Hamburq şəhərində təsis olunmuş “Hamburq-Azərbaycan Mədəniyyət Mərkəzi” Cəmiyyəti iki il öncə təsis olunmuşdur. Onun yaradılmasının təşəbbüskarları burada təhsil alan azərbaycanlı tələbələr və elmi tədqiqat yaradıcılığı ilə məşğul olan soydaşlarımızdır. Qurumun təsis edilməsindən məqsəd bu ölkədəki azərbaycanlı tələbə gəncləri və onların alman dostlarını ətrafında birləşdirərək birgə dostluq əlaqələri çərçivəsində Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə çatdırılmasına, milli adət-ənənələrimizin, mədəniyyətimizin təbliğinə nail olmaq, iki xalq arasında dostluq münasibətlərinin inkişafına töhfə verməkdir.
Cəmiyyətin sədri Azər Rövşən Azərbaycanın Almaniyadakı səfirliyinə ünvanladığı məlumatda bildirmişdir ki, cəmiyyət təsis olunduğu gündən başlayaraq Azərbaycan həqiqətlərinin təbliği istiqamətində tədbirlər planını həyata keçirməyə başlamışdır. Cəmiyyətin üzvləri asudə vaxtlarını da səmərəli keçirir, idmanla məşğul olur, yarış və turnirlərdə iştirak edirlər. Azərbaycanlı gənclərdən ibarət yeni yaradılmış “Qarabağ-Azərbaycan” futbol komandamız Hamburq Futbol Cəmiyyətləri Birliyi tərəfindən alınmış və şəhər birinciliyi yarışlarında iştirak etmək hüququnu əldə etmişdir. “Qarabağ-Azərbaycan” komandası şəhərin həvəskarlardan ibarət 16 futbol komandasının iştirakı ilə keçirilən turnirə cəlb olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]