HAMI AŞIYLA, KEÇƏL BAŞIYLA, YAXUD ERMƏNİSTANIN KÖHNƏ BAYATISI
Məlum olduğu kimi, Avropa Birliyi ölkələri dövlət və hökumət başçılarının dekabrın 17-də zirvə görüşünün gündəliyindəki əsas məsələ Türkiyənin AB-yə daxil olmasına dair müzakirələrə başlanması ilə bağlı olacaqdır. Bu məsələdə Avropa Birliyinin üzvləri arasında hələlik yekdil fikir yoxdur.
Belə bir vəziyyətdə Ermənistan Türkiyəyə təzyiq göstərmək üçün fürsəti əldən verməməyə çalışır. Prezident Robert Koçaryan AB ölkələrinin rəhbərlərinə müraciət edərək, Türkiyənin “erməni soyqırımını” tanımadığı və Ermənistanla diplomatik əlaqələr yaratmadığı təqdirdə onunla müzakirələrə başlanmamasını xahiş etmişdir. Qəribədir ki, Ermənistan, bir tərəfdən, Türkiyə ilə rəsmi əlaqələr qurmaq istəyir, digər tərəfdən isə, bu ölkənin qarşısında hər zaman maneələr yaratmağa çalışır. “Soyqırım” iddialarının tanınacağı halda ermənilərin Türkiyədən maddi kompensasiya və ərazi tələb edəcəkləri isə sirr deyildir. Bu məqsədlə ABŞ-da və bir sıra Avropa ölkələrində hətta xüsusi sığorta şirkətləri də yaradılmışdır. Maddi kompensasiya və ərazi tələbləri ermənilərin planının əsasını təşkil edir.
Bəzi türk jurnalistləri Ermənistan prezidentinin bu müraciətinə münasibətlərini çox sərrast - “Hamı aşıyla, keçəl başıyla!” atalar sözü ilə bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]