HAVANIN ÇİRKLƏNMƏSİ QANIN LAXTALANMASINI ARTIRIR
Mütəxəssislər 1986-1999-cu illərdə ABŞ-ın doqquz şəhərinin sakinlərində təxminən 155 min işemik və 20 minədək hemorragik insultu araşdıraraq, havanın çirklənməsi ilə işemik insult arasında əlaqə olduğunu aşkarlamışlar. Müəyyən edilmişdir ki, atmosferin çirklənmə səviyyəsinin yüksəlməsi işemik insult xəstələrinin sayının artmasına gətirib çıxarır.
Məlum olmuşdur ki, atmosferdə dəm qazının, azot və kükürd dioksidinin həddən çox cəmləşməsi qanın qatılaşmasına təkan verir ki, bu da işemik insultun inkişaf etməsinin əsas səbəblərindən biridir. Bunu belə bir fakt təsdiqləyir ki, beyin arteriyasının dağılması nəticəsində əmələ gələn hemorragik insultların sayı havanın çirklənməsinin səviyyəsindən əsla asılı deyildir.
Havanın çirklənməsinin insan sağlamlığına zərərli təsir göstərməsi çoxdan məlumdur. Lakin, alimlərin fikrincə, atmosferin zəhərlənməsinin səbəb olduğu xəstəliklər arasında insultun meydana gəlməsi bu problemi daha da kəskinləşdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]