Həcc mövsümündə qanunsuz yerləşdirməyə qarşı ciddi tədbirlər görüləcək
Qahirə, 23 aprel, AZƏRTAC
Bütün növ səfər vizaları ilə Səudiyyə Ərəbistanına gələn şəxslərin Məkkə şəhərində və müqəddəs məkanlarda qalmasına şərait yaradanlara qarşı 100 min rialadək (30 min dollara yaxın) cərimə tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, bu, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin bəyanatında əks olunub.
Qeyd olunur ki, səfər vizası sahiblərinin adıçəkilən yerlərdəki hotellərdə, mənzillərdə, şəxsi evlərdə, sığınacaqlarda və zəvvarların qalması üçün nəzərdə tutulan digər obyektlərdə yerləşdirilməsi, onların gizlədilməsi və ya qalmasına hər hansı formada kömək göstərilməsi qanun pozuntusu hesab olunur.
Bildirilib ki, qeyd olunan qaydalar zilhiccə ayının 14-də (may ayının sonunadək) olan müddətdə qüvvədə olacaq. Qanun pozuntusuna yol verənlərə tətbiq edilən cərimələr isə qayda pozan şəxslərin sayına uyğun olaraq artırılacaq. Bu tədbirlər həcc mövsümü çərçivəsində zəvvarların təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2026 [21:53]
Türkiyədə meşə yanğını: bəzi evlər boşaldılır
- 28.08.2026 [18:51]
Rusiya Macarıstana neft və qaz tədarükünü dayandıra bilər
- 28.08.2026 [18:29]
İspaniya qeyri-qanuni miqrantlarla bağlı qaydaları sərtləşdirir
- 28.08.2026 [18:23]
Almaniya bu il iqlim hədəfinə nail olmamaq riski ilə üzləşib
- 28.08.2026 [18:12]
Şimali Koreyanın nüvə potensialını 100 min dəfə artırdığı açıqlanıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
® Beynəlxalq səviyyəli cərrah
- [19:10]
® PR və onun əsasları
- [17:45]