HƏKİM VƏ XİLASEDİCİLƏRİMİZ PAKİSTANDAN QAYITMIŞLAR
Tikililərinin 99 faizi dağılmış Balakot şəhərində fəaliyyət göstərən həkimlərimiz minə yaxın adama tibbi yardım göstərmişlər. Mülki müdafiə qoşunlarının təmsilçiləri isə dağıntılar altından yüzlərlə cəsəd çıxarmışlar. Qeyd edək ki, xilasedici dəstələrimiz dəniz səviyyəsindən 3750 metr hündürlükdəki mürəkkəb şəraitdə işləmişlər.
Pakistan ordusunun rəhbərliyi həkimlərimizin və xilasedicilərimizin fəaliyyəti ilə bağlı ölkədəki səfirliyimizə təşəkkür məktubu göndərmişdir.