HƏKİMLƏR HÖKMÜ YERİNƏ YETİRMƏKDƏN İMTİNA ETMİŞLƏR
AZƏRTAC Bi-Bi-Si-yə istinadla xəbər verir ki, ABŞ-da məhkum edilmiş qatil barəsində ölüm hökmünün yerinə yetirilməsi təxirə salınmışdır. Həkimlər cəzanın şərtlərini yerinə yetirməkdən imtina etmişlər. Maykl Moral Kaliforniyada üç dərman qarışığından ibarət iynə vurulması ilə ölüm cəzasının yerinə yetirildiyi ilk məhbusdur. 46 yaşlı Moral qızını zorlayıb qətlə yetirməkdə təqsirli bilinmişdir. Həbsxananın rəsmi şəxsləri bildirmişlər ki, hökmün yerinə yetirilməsi təxirə salınmışdır və bunun üçün digər iynə növü seçiləcəkdir. Moralın vəkilləri hesab edirlər ki, məhbus qarışıq dərmanların orqanizmə yeridilməsindən ağrı hiss edə bilər. Həkimlərin bəyanatında deyilir ki, bu, tibb etikasına uyğun gəlmir.
ABŞ Tibb Assosiasiyası, ABŞ Anestezioloqlar Birliyi və Kaliforniya Tibb Assosiasiyası anestezioloqları ölüm hökmünün yerinə yetirilməsində iştirak etməməyə çağırmışlar. Kaliforniya hökuməti Moralın apellyasiyasını rədd etmişdir. Bu, Arnold Şvartseneggerin bağışlanmaq xahişini rədd etdiyi ikinci hadisədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]