HƏMAS Avstraliya vətəndaşını əsirlikdə saxlayır
Bakı, 10 oktyabr, AZƏRTAC
Ən az bir Avstraliya vətəndaşı Fələstinin HƏMAS hərəkatının əsirliyindədir. Avstraliya Xarici İşlər Nazirliyi İsrail ərazisində olan bütün vətəndaşları barədə məlumat toplayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliya Baş nazirinin müavini Riçard Marlz bildirib. Onun sözlərinə görə, İsraildə 10 minə yaxın avstraliyalı yaşayır. Eyni zamanda, orada çox sayda avstraliyalı turist var. Toqquşmalar zamanı Avstraliya vətəndaşları arasında ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur.
Avstraliyanın xarici işlər naziri Penni Vonq bir müddət öncə jurnalistlər qarşısında çıxışı zamanı bildirmişdi ki, hökumət öz vətəndaşlarının İsraildən təxliyəsi üçün aviareyslər təşkil etməyi planlaşdırmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]