Həmin gecə ölkəsinin, xalqının azadlığını hər şeydən uca tutan soydaşlarımız şəhidlik zirvəsinə yüksəldilər
Bakı, 21 yanvar, Flora Şükürova, AZƏRTAC
Qanlı 20 Yanvar hadisələrindən Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələnlərdən biri də Bakı şəhər sakini Dünyamin Bünyatzadədır.
AZƏRTAC-a müsahibəsində D.Bünyatzadə Qanlı Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsi və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi tarixə düşdüyünü qeyd edib. O, bildirib ki, 1990-cı ilin 20 yanvar gecəsi sovet qoşunlarının törətdiyi vəhşiliklər xalqımıza qarşı sanki terror aktı idi. Əliyalın, günahsız insanları qətlə yetirən, maşınları tankla əzib keçərək neçə-neçə mərd övladlarımızın canına qıyanların bu hərəkətlərinə başqa ad vermək olmur. Həmin gecə ölkəsinin, xalqının azadlığını hər şeydən uca tutan və ali dəyərlər uğrundan canından keçən soydaşlarımız şəhidlik zirvəsinə yüksəldilər. O vaxtdan illər keçsə də, şəhidlərimizin əziz xatirəsini daim uca tutacağıq. Onların bizə əmanət buraxdığı ölkəmiz müstəqilliyini əbədi qoruyacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]