HƏMVƏTƏNİMİZ İLQAR HACIYEV MOSKVA HÖKUMƏTİ YANINDA MİLLƏTLƏRARASI MƏSLƏHƏT ŞURASI RƏYASƏT HEYƏTİNİN ÜZVÜ SEÇİLMİŞDİR
İ.Hacıyevi hüquqşünas və fəal ictimai xadim kimi Moskva merinin müavini Yuri Vinoqradov və RƏMSK-nın sədri Oleq Aleksandrov təqdim etmişlər. ÜAK MRB artıq iki ildir Şuraya daxildir və bu qurum çərçivəsində fəal işləyir. Şuranın Rəyasət heyətinin 12 üzvü var.
İ.Hacıyev həm də hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət üzrə işçi qrupunun sədri seçilmişdir. Onun səlahiyyətlərinə Moskvada yaşayan milli icmaların nümayəndələrinin hüquq və mənafelərinin müdafiəsi, habelə hüquq mühafizə orqanlarının bütün sahələri ilə sıx qarşılıqlı fəaliyyət, Rusiya paytaxtında yaşayan vətəndaşların həyatının keyfiyyətini yaxşılaşdırmaq üçün təşəbbüs və tövsiyələrin hazırlanması daxildir.
İ.Hacıyev AZƏRTAC-ın müxbirinə demişdir ki, bu ictimai vəzifəni həmvətənlərimiz, onların rifahı, habelə Rusiya ilə daha dərin millətlərarası dialoq yaratmaq, ölkələrimiz arasında münasibətləri yaxşılaşdırmaq naminə tam məsuliyyətlə yerinə yetirmək niyyətindədir.