HƏMVƏTƏNLƏRİMİZ ÇERKASSI ŞƏHƏRİNİN YUBİLEYİNDƏ İŞTİRAK ETMİŞLƏR
Bu münasibətlə keçirilən tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin üçüncü katibi Zülfüqar Tanarverdiyev Çerkassı merinin səlahiyyətlərini icra edən Anatoli Kalençuka səmimi təbriklərini yetirmişdir.
Tofiq Həsənovun başçılıq etdiyi Ukrayna Azərbaycanlıları Konqresi Çerkassı regional təşkilatının üzvü olan həmvətənlərimiz şəhərdəki uşaq evinə müasir televizor və digər qiymətli hədiyyələr vermişlər.
Yubiley münasibətilə mərkəzi meydanda kütləvi tədbirlər keçirilmişdir.