Həndbol üzrə Azərbaycan millisi Nigeriya yığmasına məğlub olub
Bakı, 28 aprel, AZƏRTAC
Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında təşkil edilən dünya çempionatında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, D qrupunda yer alan yığmamız ikinci matçında Nigeriya seçməsi ilə üz-üzə gəlib. Görüş Nigeriya seçməsinin 35:17 hesablı qələbəsi ilə başa çatıb.
Millimiz ilk oyunda Bolqarıstan yığmasına 19:30 hesabı ilə məğlub olub.
Həndbolçularımız qrupda sonuncu oyununu Qvatemalaya qarşı keçirəcəklər.
Qeyd edək ki, çempionata aprelin 30-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]