Hər bir azərbaycanlı Şəhidlər xiyabanını ziyarət etməyi özünün müqəddəs borcu hesab edir
Bakı, 20 yanvar, AZƏRTAC
Qəhrəman Vətən oğul və qızlarımızın qanı bahasına uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq, ölkəmiz suverenlik əldə etdi. Buna görə də bu gün
hər bir azərbaycanlı Şəhidlər xiyabanını ziyarət etməyi özünün müqəddəs borcu hesab edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Şəhidlər xiyabanını ziyarət etmək üçün bu müqəddəs məkana gələn Bakı şəhər sakini Həzi Aslanov deyib.
H.Aslanov bildirib ki, bu faciə təkcə Azərbaycanın deyil, bütövlükdə bəşəriyyətin tarixinə qara səhifə kimi həkk olub. İyirmi altı il bundan əvvəl Bakıda törədilmiş faciə Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini, azadlıq mübarizəsini qıra bilmədi. İnsanların ölkənin bütün şəhər və kəndlərindən axışaraq Şəhidlər xiyabanını ziyarət etməsi qəhrəmanlarımızın əziz xatirəsinə dərin ehtiramdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]