HƏRBİ ALİ MƏKTƏBLƏRİN KURSANTLARI ORDU GÜNÜNÜAZADLIQ MEYDANINDA QEYD ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, habelə Ali Hərbi Dənizçilik Məktəbinin, Ali Hərbi Təyyarəçilik Məktəbinin və C.Naxçıvanski adına hərbi litseyin kursantları hərbi orkestlərin marş sədaları altında şəhərin küçələrindən keçərək, Azadlıq Meydanına toplaşmışlar. Onlar Azadlıq meydanındakı tribunanın önündən mətin addımlarla keçmişlər. Tribunadan kursantları hərbi məktəblərin rəisləri, general-mayor Heydər Piriyev, general-mayor Mirzə Almasov, polkovnik Nurulla Əliyev, polkovnik Coşqun Ağamalıyev, Bakı Qarnizonunun komendantı, polkovnik Xətai Baxışov və digər yüksək rütbəli zabitlər salamlamışlar.
Ali hərbi məktəblərin rəisləri şəxsi heyəti bayram münasibəti ilə təbrik etdikdən sonra mərasim başa çatmışdır.
Ali hərbi məktəblərin kursantlarının hərbi nizami yerişlə meydandan keçmələri şəhər ictimaiyyəti tərəfindən alqışlarla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]