Hərbi qulluqçuların praktiki bacarıqları təkmilləşdirilir
Bakı, 26 fevral, AZƏRTAC
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Qaraheybət təlim mərkəzində hərbi qulluqçuların peşəkarlığının və nəzəri biliklərinin artırılması, praktiki vərdişlərinin möhkəmləndirilməsi məqsədilə hazırlıq məşqləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi heyətə zirehli texnikaların real döyüş şəraitinə uyğun vəziyyətdə idarə edilməsi, manevr imkanları öyrədilib. Eləcə də ekipajların praktiki hazırlığı, şərti düşmənin canlı qüvvə və texnikasına zərbə vurulması üzrə tapşırıqlar icra olunub. Həmçinin hərbi qulluqçuların silahlanmada olan müxtəlif çaplı silahlardan istifadə etmək bacarıqları təkmilləşdirilib.