Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev dühasının işığı mənim taleyimdə

Bakı, 3 may (AZƏRTAC, Əhməd Məmmədov). Tam mübaliğəsiz demək olar ki, son 45 ildə bu günlər anadan olmasının 91-ci ildönümünü qeyd etməyə hazırlaşdığımız xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev qədər dünyanın, keçmiş SSRİ-nin, o cümlədən Azərbaycanın gündəminə hakim olan ikinci bir şəxsiyyət tapmaq mümkün deyil.

Düz 45 ildir ki, ulu öndər Heydər Əliyev haqqında dünyanın müxtəlif ölkələrindən, müxtəlif dinlərin və dillərin daşıyıcıları olan ayrı-ayrı sənət və peşə sahibləri - siyasətçilər, dövlət xadimləri, hüquqşünaslar, müəllimlər, həkimlər, mühəndislər, elm, mədəniyyət xadimləri bu dahi şəxsiyyət haqqında öz fikir və düşüncələrini qələmə alır, nüfuzlu beynəlxalq tədbirlərin ali kürsülərindən Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət - Heydər Əliyev haqqında xoş sözlər deyilir.

Zənnimizcə, bu məqamda Ümummilli Liderimizin çağdaş dünya tarixində yerini və rolunu müəyyən etmək üçün onun müasirləri olan dünyanın tanınmış liderlərinin bir neçəsinin fikirlərini xatırlatmaq yerinə düşər.

BMT-nin sabiq baş katibi Butros Qali: “Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin simasında özümə yaxın dost və sirdaş tapmağımdan məmnunam. Mən Heydər Əliyevə böyük hörmət və ehtiram bəsləyirəm, onun siyasi fəaliyyətini və məharətini, uzaqgörənliyini yüksək qiymətləndirirəm”.

ABŞ-ın keçmiş prezidenti Corc Buş: “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”.

UNESCO-nun sabiq baş direktoru Federiko Mayor: “Siz bütün dünyanın etiraf etdiyi görkəmli lidersiniz”.

Fransa Respublikasının keçmiş prezidenti Jak Şirak: “Azərbaycanın Avropa ölkələri ailəsində özünəlayiq yer tutmasını böyük təcrübəyə malik, şöhrətli dövlət xadimi Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin gözəl bəhrəsi kimi dəyərləndirirəm. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, bu ölkədə insan haqlarının qorunması, demokratiyanın möhkəmlənməsi, daim inkişafda olması məhz Heydər Əliyevin siyasətinin nəticəsidir.

... Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir.

Mən prezident Heydər Əliyevə dərin hörmət bəsləyirəm”.

Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze: “Heydər Əliyev dünya qarşısında xidmətlərinə görə, beynəlxalq aləmdə tanınmış siyasət və dövlət xadimi kimi, Gürcüstanın və gürcü xalqının dostu kimi bizə əziz və doğmadır. Qəzetlərimizin “polad iradəli Əliyev” yazdığı kimi, o, həqiqətən də polad iradəyə malik nadir şəxsiyyətdir. Məhz onun cəsarəti sayəsində Azərbaycan güclü, müstəqil, firavan bir ölkəyə çevrilməkdədir. Heydər Əliyev siyasət meydanına Azərbaycanın ağır, mürəkkəb vaxtında yenidən gəlmişdir, bir çox çətinliklərə sinə gərərək Azərbaycanı böhranlı vəziyyətdən xilas etmişdir”.

Ukraynanın keçmiş prezidenti Leonid Kuçma: “Belə bir hal heyranlıq doğurur ki, hətta ən çətin sınaqlar zamanı da Siz xalqın birliyini qoruyub saxlaya bildiniz. Bunsuz hər hansı dövlətin varlığı ağlasığmazdır.

Cənab Heydər Əliyev, Sizə həqiqətən qibtə edirəm. Bunu doğrudan da çox ciddi deyirəm. Çünki burada qısamüddətli dövlət səfərində olarkən başa düşdüm ki, Heydər Əliyev Azərbaycan xalqının hamı tərəfindən qəbul edilən Lideridir”.

... Azərbaycan xalqının hamı tərəfindən qəbul edilən Lideri! Necə də yerində deyilmiş, necə də sərrast ifadə edilmiş kəlamdır!

Bəli, Ulu Öndər indiyədək dünyada heç bir siyasətçinin, dövlət xadiminin qalxa bilmədiyi bu zirvəyə özünün 80 illik həyatının hər anını mənsub olduğu xalqın xoşbəxt bu gününə, nurlu sabahına həsr etməklə, öz titanik fəaliyyəti, əməli ilə hər bir azərbaycanlının qəlbində özünə əbədi abidə ucaltmaqla yüksəlmişdir.

Azərbaycanlılar Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın dilindən çıxan və Ulu Öndərimizin bütün siyasi və dövlət fəaliyyətini tam dolğunluğu ilə əhatə edən bu reallığı 1969-cu il iyulun 14-də ümummilli lider Heydər Əliyevin o vaxtkı Azərbaycan Sovet Sosialist Respublikasının rəhbəri seçilən gündən görüb hiss etməyə başlamışlar. Doğrudur, titanik idarəçilik və siyasi uzaqgörənlik keyfiyyətlərinə malik olan Heydər Əliyevin liderlik, daim öndə getmək bacarığı həmin günədək də, yəni, bu dahi şəxsiyyətin dövlət təhlükəsizliyi orqanlarında çalışdığı illərdə də özünü göstərmişdir. Lakin xalqımız özünün dahi rəhbərinin sözün əsl mənasında nələrə qadir olduğunu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumundan sonra tam dolğunluğu ilə görüb qiymətləndirə bilmişdir.

O vaxtki gəncliyin - indiki yaşlı və nisbətən orta nəslin yaddaşında həmin illər respublikanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında baş vermiş köklü dəyişikliklərin xoş xatirəsi kimi qalmışdır. Başqa sözlə, bugünkü yaşlı və nisbətən orta nəslin hər bir nümayəndəsi 60-cı illərin sonundan başlayaraq respublikamızın həyatına yeni ruh, yeni nəfəs gətirən titanik şəxsiyyət Heydər Əliyev Azərbaycanın simasını tamamilə dəyişən, ölkə həyatının bütün sahələrində qarşısıalınmaz tərəqqiyə yol açan böyük reformasından bəhrələnmişdir.

...Yaxşı yadımdadır, hərbi xidmətdən qayıtdıqdan az sonra - 1972-ci ildə ali təhsil almaq arzusu ilə sənədlərimi həmin vaxt Azərbaycan ali təhsilinin bayraqdarı olan Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə vermişdim. Onu da xüsusi qeyd etməliyəm ki, 1970-ci illərin əvvəllərinə qədər Azərbaycanın təhsil sistemində hökm sürən gizli-açıq rüşvətxorluq, “tapşırmaq” mühitinə görə mənim də daxil olduğum nisbətən aztəminatlı ailələrin uşaqları nə qədər savadlı, qabiliyyətli olsalar da, sənədlərini Bakı Dövlət Universiteti kimi aparıcı ali təhsil müəssisəsinə verməyə cürət etmirdilər. Səbəb isə yuxarıda qeyd etdiyim amillə bağlı idi. Digər həmyaşıdlarımla birlikdə həmin vaxt məni də universitetə qəbul olunmaq fikrinə düşməyə ruhlandıran respublikanın yeni rəhbərinin başqa sahələrdə olduğu kimi, təhsildə də haqqı-ədaləti, şəffaflığı bərqərar etmək istiqamətində atdığı qətiyyətli addımlar olmuşdu.

Sözün qısası, imtahanları verib müvəffəq qiymətlər aldım. Lakin müsabiqə böyük olduğundan başqa abituriyentlər kimi, mənim də ali məktəbə qəbul olunmaq şansım o qədər də yüksək deyildi. Aparılan qətiyyətli mübarizəyə hər vəchlə müqavimət göstərməyə çalışan “qara qüvvələr” özlərinin “siyahılarını” qəbul etdirmək niyyətindən əl çəkmirdilər. Çünki gəzən söz-söhbətlərdən belə məlum olurdu ki, universitetin rəhbərliyi müsabiqə zamanı eyni səviyyədə bal toplayan abituriyentlər arasında həmin il orta məktəbləri bitirənlərə üstünlük vermək niyyətindədir.

Çox keçmədən həmin niyyətin reallaşdırılması istiqamətində addımlar atılmasının şahidi olduq. Məsələ burasında idi ki, iyunun 12-də başa çatmış imtahanın nəticələrinə əsaslanaraq universitet rəhbərliyi tərəfindən adları qəbul olunanların siyahısına salınıb təsdiq olunmaq üçün Azərbaycan KP MK-nın müvafiq şöbəsinə təqdim edilən siyahıda mənim və mənim kimi hərbi xidmətdən yeni gələn digər gənclərin adları yox idi.

Sonrakı proseslər respublikanın yeni rəhbərinin bu məsələdə haqqa-ədalətə söykənən qərarının mənim kimi gənclərin xeyrinə dəyişməsi ilə nəticələndi. Başqa sözlə, iyunun 12-də başa çatmış imtahanın nəticələri uzağı bir həftə ərzində məlum olması nəzərdə tutulduğu halda, ulu öndər Heydər Əliyevin göstərişi əsasında Azərbaycan KP MK-da imtahanın nəticələri ilə bağlı aparılan ciddi araşdırmalardan sonra, nəhayət, iyunun 28-də Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunanların siyahısı bu ali təhsil ocağının divarlarından asıldı.

Universitetə qəbul olunanların siyahısında öz adımı görərkən keçirdiyin sevinc hisslərini günü bu gün də Ulu Öndərimizə minnətdarlıq hissi ilə xatırlayıram. Həmin vaxtdan keçən 42 ildə nail olduqlarıma görə dahi rəhbərimizə borclu olmağım faktı bir an da məni tərk etmir. Qətiyyən şübhəm yoxdur ki, bu gün Azərbaycanda mənim kimi Ulu Öndəri minnətdarlıq hissi ilə xatırlayanlar yüz minlərlə, milyonlarladır...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər