HEYDƏR ƏLİYEV FONDUNUN DƏSTƏYİ İLƏ BERLİNDƏ XOCALI FACİƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, fevralın 23-dən 26-dək Berlində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın Qarsdakı baş konsulluğunun və İqdır bələdiyyəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcəkdir.
Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov demişdir ki, diplomatların, siyasətçilərin, tarixçi alimlərin, hərbi mütəxəssislərin qatılacağı konfransda Azərbaycanı Milli Məclisin deputatları Yaqub Mahmudov, Fəttah Heydərov, Məlahət Həsənova, Azay Quliyev, Aqil Abbasov, Heydər Əliyev Fondunun şöbə müdiri Məhəbbət Mehdiyeva təmsil edəcəklər.
Beynəlxalq konfransda, həmçinin Kipr türklərinin sabiq lideri Rauf Denktaşın, Türk Tarix Qurumunun sədri Yusif Halaçoğlunun, Giresun Universitetinin rektoru Osman Mətin Öztürkün, istefada olan ordu generalı Necati Özgenin, eləcə də Avropanın bir sıra ölkələrindən tanınmış siyasətçilərin iştirakı nəzərdə tutulmuşdur.
Azərbaycanın Qarsdakı baş konsulluğunun və İqdır bələdiyyəsinin birgə təşkilatçılığı ilə 2006-cı ildə Xocalı faciəsi ilə bağlı keçirilən beynəlxalq konfransda faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədilə bu cür tədbirin hər il Avropanın bir ölkəsində keçirilməsi barədə qərar qəbul edilmişdir. İlk belə beynəlxalq konfrans 2007-ci ildə Hollandiyanın Haaqa şəhərində təşkil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]