HEYDƏR ƏLİYEV FONDUNUN TƏŞƏBBÜSÜ İLƏ SABİRABADDA İKİ MƏKTƏB BİNASI TİKİLİR
Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Sabirabad rayonunun Axtaçı–Muğan kəndində 200, Çağırğan kəndində isə 100 yerlik məktəb binası tikilir. 1 milyard manat məbləğindəki tikinti işlərinin icraçısı “Azərsutəchizattikinti” Səhmdar Cəmiyyətidir.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, yeni məktəblər üçün bütün zəruri avadanlıq alınmışdır. Binaların ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.