Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Heydər Əliyev İli” çərçivəsində” İrəvan Teatrının Türkiyəyə növbəti qastrol səfəri gözlənilir

Bakı, 19 aprel, AZƏRTAC

İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Heydər Əliyev İli” çərçivəsində iyunun 12-dən başlayaraq, 17 gün müddətində Türkiyənin - Ankara, İstanbul, Trabzon, Konya, Aksaray, Sakarya, Kocaeli, Bursa, Ədirnə, Çanakkala, Manisa, İzmir, Quşadası şəhərlərində, o cümlədən zəlzələdən ziyan çəkmiş Hatay şəhərinin sakinləri qarşısında, “Mustafa Kamal Atatürk və Heydər Əliyev zirvəsi” devizi altında D.Çizməli və P.Çələbioğlunun “Cümhuriyyətin ilk sədası” tamaşası ilə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türkiyə Anadolu Aydınlar Ocağının birgə dəstəyi əsasında növbəti səfərinin həyata keçirilməsi planlaşdırılır.

Bu barədə AZƏRTAC-a C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev məlumat verib.

“140 illiyinin təntənəli şəkildə keçirilməsi üçün imzalanmış Prezident Sərəncamı ilə yubiley tədbirlərinə hazırlaşan İrəvan Teatrının kollektivinin bu səfəri özündə həm də ölkə rəhbəri İlham Əliyevin “Qərbi Azərbaycana Qayıdış” konsepsiyasına töhfə vermək məqsədini ehtiva edir. Keçən əsrin əvvəllərindən etibarən, Türkiyənin müxtəlif bölgələrinə köç etmək məcburiyyətində qalmış Qərbi azərbaycanlı soydaşlarımız arasında Vətənə qayıdış layihəsinə dəstək prinsiplərini və geniş təbliğat işlərini həyata keçirmək üçün bu səfər ən səmərəli hadisələrdən biri kimi çox vacibdir. Güman edirik ki, İrəvan Teatrı məhz belə səfərlərlə dünyanın hər tərəfinə səfərlər həyata keçirməklə, köç etmiş soydaşlarımızı bir araya gətirmək üçün daim öz sənət imkanlarından istifadə edəcək, dədə-baba torpaqlarımızdan didərgin salınmış soydaşlarımızın öz yurd yerlərinə qayıtmaları istiqamətində daim geniş təbliğat işlərinə rəvac verəcəkdir”,- deyə teatrın direktoru bildirib.

Onun sözlərinə görə, İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi 2007-ci ildə Prezident Sərəncamına əsasən 125 illik yubileyini Azərbaycanda təntənəli şəkildə qeyd etdikdən sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə yubiley tədbirlərini Türkiyə Cümhuriyyətinin Manisa, İzmir, Niğdə şəhərlərində davam etdirib: “Səfərdə kollektiv ölməz Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası əsasında “Məşədi İbadın düyünü” adlı məzhəkə və şair-dramaturq İftixarın “Müstəqil vətənin memarı” poeması əsasında müəllifin hazırladığı tamaşa-kompozisiya ilə çıxış edirdi. Teatrın bu gəlişi münasibətilə, əslən Qərbi Azərbaycanın Gümrü şəhərindən olan Niğdə valisi Gümrüz Bədər Niğdə şəhərindəki “Qızıl alma” parkının adını dəyişdirərək “Heydər Əliyev Parkı” adlandırdı. Parkın ən yüksək yerində isə Ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin abidələrinin ucaldılması ilə bağlı qərar qəbul edildi. Uğurla keçən həmin səfərdən sonra İrəvan Teatrının kollektivi 2011-ci, 2013-cü, 2016-cı və 2018-ci illərdə böyük heyətlə, uzunmüddətli və geniş coğrafiyanı əhatə edən müxtəlif məzmunlu, sanballı tamaşalarla təmsil olundu. Bu səfərlərin məna və mahiyyəti dünya birliyinə, bizə qarşı olan qüvvələrin yalanlarını, böhtanlarını bərabərcə ifşa etməkdən və həqiqətlərə ayna tutmaqdan, eyni zamanda hər iki qardaş dövlətin dövlətçilik ənənələrini təbliğ etməkdən ibarət idi. Səfərlərdə Leyla xanım Əliyevanın “Xocalıya ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində, türkiyəli müəllif Zihni Papaqçının “Soyqırımı abidəsinin dastanı”, şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı”, Ulu öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin ümummilli liderlik fenomenlərini təcəssüm etdirən türkiyəli müəlliflər Demər Çizməli və Pınar Çələbioğlunun qələmə aldıqları “Cümhuriyyətin ilk sədası”, yazıçı-dramaturq Aqşin Babayevin “Xilaskar”, şair-dramaturq İftixarın “Nurlu ömrün anları” tamaşaları təqdim olunurdu. Türkiyənin ən böyük - İğdır, Ərzurum, Kars, Ankara, İzmir, Manisa, Muğla, Quş adası, Sakarya, Kocaeli, İnəgöl, Bursa, İstanbul, Amasiya, Ədirnə, Çanakkala, Samsun, Trabzon kimi şəhərlərində tamaşaçıların rəğbətini qazana bilmiş, çoxlu sayda diplom və fəxri fərmanlarla təltif olunmuşdur”.

İftixar Piriyev deyib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin köməyi ilə baş tutan bu səfərlərə Türkiyə Anadolu Aydınlar Ocağının rəhbəri, böyük Azərbaycan sevdalısı professor İbrahim Öztək başda olmaqla, adıçəkilən şəhərlərin Aydınlar ocaqlarının rəhbərləri öz dəstəklərini əsirgəməmişlər. Sənətin ecazkar dili ilə həyata keçən və böyük səmərə verən bu səfərlərin birlik-bərabərlik möcüzəsi dünya birliyinin diqqətinə medianın təbliğat mexanizmi vasitəsilə çevik dinamikada çatdırılmışdır. Belə səfərlərin davam etdirilməsi hər zaman prioritet təşkil edir.

Elə bu səbəbdən də deyirik: “Yolun açıq olsun, qocaman sənət ocağı - İrəvan Dövlət Azərbaycan Dram Teatrı!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan idmançıları VIII Asiya Oyunlarında ilk medalı qazanıb

Güclü küləklə müşayiət olunan leysan yağışları Qəbələdə fəsadlar törədib

Azərbaycan Ordusu 106 yaşında: Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Ağcabədidə oğurluğa görə əvvəllər məhkum olunmuş şəxs yenidən saxlanılıb

Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var

Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün xalqımızın bayramıdır - ŞƏRH

Paris Olimpiya Oyunları proqnozlaşdırılan güclü istilər səbəbindən təhlükə altındadır

Culian Assanc azadlığa buraxılıb

Araşdırma: Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər

ABŞ-ın keçmiş vitse-prezidenti: Culian Assanc mühakimə olunmalı idi

Aralıq dənizində 7 min illik yol tapıldı

Ərdoğan: Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq

Keniya Prezidenti: Etirazçılarla dialoq konstitusiya mexanizmlərinə əsaslanmalıdır

Diş çıxaran dərmanın nə vaxt buraxılacağı açıqlanıb

Rusiya əsirliyindən azad edilənlər arasında “Azovstal”ın 52 müdafiəçisi var

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Culian Assancın təyyarəsi Sakit okeanda yerləşən Saypan adasına eniş edib

Şərur rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Avro-2024: Daha iki yığma 1/8 finala vəsiqə qazanıb

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Yaponiya İmperatoru və xanımı üçün Bukinqem sarayında rəsmi ziyafət verilib

Naxçıvanın dağ kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər

Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb

Naxçıvan Dövlət Universitetində məzun günü keçirilib

Müdafiə naziri: Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq

Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində AZƏRTAC-a və AzTV-yə müsahibə verib

Azərbaycanın müdafiə naziri: Qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək

“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib

Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar

Zakir Həsənov: Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar

İcma sədri: Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli irəliləyişə mane olur

SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bakıda Moskva Quberniya Teatrının artistlərinin ustad dərsi: Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman sərvətdir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

N.S.Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcması səsini beynəlxalq müstəviyə çıxara bilib

Avropa çempionatı: Azərbaycanın dörd güləşçisi finala yüksəlib

Naxçıvanın dağ kəndlərində güclü yağış və sel fəsadlar törədib VİDEO

Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub

Nazir Ceyhun Bayramov İqor Xovayev ilə regionda mövcud vəziyyəti müzakirə edib

Azərbaycan və Rusiya arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan nəqliyyat sektorunda ESG prinsiplərinin həyata keçirilməsi beynəlxalq standartlara uyğunluğu artırır

Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılır

Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində yaşıl hidrogenin ixrac imkanları araşdırılır

BMU və AQTİ arasında anlaşma memorandumu imzalanıb

“Azərkosmos” Çexiya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb

® “Kapital Bank”ın dollar istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşıb

® 700-dən çox gənc doğru yolu seçdi!

Kənd təsərrüfatı nazirinin müavini Gədəbəydə vətəndaşların ərizə və şikayətlərinə baxıb

Sabirabad Sənaye Məhəlləsində yeni rezident qeydiyyata alınıb

“Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilib

YAP Sədrinin müavini ilə Braziliyanın Əmək Partiyasının Beynəlxalq əlaqələr üzrə katibi arasında görüş olub

Silahlı Qüvvələr Günü münasibətilə hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı təşkil ediləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə.dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli 527 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli 58 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səbinə Əliyeva Mərakeşdə İƏT Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin 11-ci iclasında çıxış edib

Silahlı Qüvvələr Gününə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib

Beynəlxalq tədbirdə Azərbaycanda gender fərqlərinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışılıb

Rusiya Dövlət Arxivindən Naxçıvanla bağlı 300-dən artıq arxiv sənədi əldə olunub

Türkiyə və Ermənistanın xarici işlər nazirləri regional prosesləri müzakirə ediblər

Göyçayda şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib

Milli Hidrometeorologiya Xidmətinin rəisi: Küləkli hava ilə əlaqədar əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq

ANAMA əməkdaşları qanvermə aksiyasına qoşulublar

Deputat: Tarixi Zəfərimiz Azərbaycan Ordusunun gücünün, qüdrətinin təqdimatı oldu

Azərbaycanı Avropa çempionatında 19 cüdoçu təmsil edəcək

Qobustan rayonuna diametri 15 millimetr olan dolu düşüb

Şuşada “By Youth For Youth” Beynəlxalq Forumu öz işini başa vurub YENİLƏNİB

Heydər Əliyev adına Hərbi İnstitutun məzunları: Azərbaycan Bayrağının dalğalandığı hər bir nöqtədə xidmət etmək şərəfdir

Qarabağ və Şərqi Zəngəzurda növbəti peşə kursları təşkil edilib

Sosial-İqtisadi Kollecdə Silahlı Qüvvələr Günü qeyd olunub

Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi mövzusunda beynəlxalq seminar başa çatıb

“SABAH” qruplarına professor-müəllim heyəti işə dəvət olunur

7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb

Rusiya millisinin sabiq qapıçısı “Turan Tovuz”a keçib

Sertifikasiya imtahanında keçid balını toplaya bilməyən müəllimlərin olduğu regionların adları açıqlanıb VİDEO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

“Azərpoçt” Silahlı Qüvvələri Günü ilə əlaqədar xüsusi rejimdə fəaliyyət göstərəcək

Baş direktor: Türk mütəxəssislərinin Azərbaycana gətirilməsi sənayenin inkişafına güclü təkan verə bilər

Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə xalqımızın şərəfli tarixidir

Nurlan İsmayılbəyli: Əməkhaqqına əlavələr edilən müəllimlərin sayının 55 minə çatdırılması gözlənilir VİDEO

Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum olub

Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edib

“Qəbələ” klubuna yeni məşqçi təyin olunub

Prezident Kitabxanasında “СOP29 Azərbaycan” adlı elektron layihə hazırlanıb

MEK-də Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar sərgi təşkil edilib

Avropa gənclərinin elçiləri COP29 konfransının əhəmiyyətindən bəhs edirlər

Azərbaycanın ilk hərbi operatoru Seyidağa Mövsümlünün xatirəsi anılıb

Fond: “GEMS Education”a investisiya qoyulması ARDNF-nin qlobal arenada etibarlı investor kimi qəbul edilməsinin göstəricisidir

Almaniyada ciddi kadr çatışmazlığı ictimai nəqliyyatın inkişafını təhlükə altına qoyur

“Tagesschau” nəşri Assancın sərbəst buraxılması haqqında: Azadlığın qiyməti yüksəkdir