“Heydər Əliyev İli” çərçivəsində Qəbələdə ağacəkmə aksiyası keçirilib
Qəbələ, 15 mart, Mustafa Dadaşov, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən martın 15-də ağacəkmə aksiyası keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya zamanı xüsusi ayrılmış ərazidə 3400 ədəd ağac əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
Aksiyada rayon icra hakimiyyətinin, YAP Qəbələ rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, könüllülər iştirak ediblər.