Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi muxtar respublikanı çiçəklənən diyara çevirib

Naxçıvan, 7 mart, AZƏRTAC

Muxtariyyətinin 95-ci ildönümünü qeyd edən Naxçıvan Muxtar Respublikasında ulu öndərimiz Heydər Əliyevin siyasi xətti vətənpərvərliklə davam etdirilərək doğma Azərbaycanımızın quruculuq salnaməsi layiqli nümunələrlə zənginləşdirilir, qədim diyarın şəhər və qəsəbələri ilə yanaşı, ən ucqar dağ kəndləri də abadlaşdırılır, müasir görkəm alır. Muxtar respublikada bu istiqamətdə həyata keçirilən strateji hədəflərə hesablanmış siyasətin məqsədi sosial-iqtisadi inkişafın müasir mərhələsində kənd yerlərində şəhər rahatlığının yaradılması, gəlir gətirən sektorların təşviqi çərçivəsində ailə təsərrüfatlarının dəstəklənməsi, alternativ fəaliyyət sahələrinin inkişafı, həmin yaşayış məntəqələrinin sosial-ictimai, mədəni həyatının daha da canlandırılmasıdır.

Muxtar respublikada daimi yaşamaq üçün kəndlərə üz tutanların sayı hər keçən gün daha da artır

Quruculuq prosesində kəndlərin abadlaşdırılması, təhsil, səhiyyə və digər sosial təyinatlı obyektlərin istifadəyə verilməsi, kənddaxili yolların yenidən qurulması, qaz, işıq, su, rabitə məsələlərinin öz həllini birdəfəlik tapması, sakinlərin məşğulluğunun təmin olunması insanların yaşayış səviyyəsini yüksəldib, məskunlaşmanı, yurda bağlılığı artırıb. Bu gün hər hansı ucqar dağ kəndinin infrastruktur təminatı baxımından paytaxt Naxçıvan şəhərindən heç də geridə qalmaması insan amilinə verilən dəyərin ifadəsidir. Təsadüfi deyil ki, muxtar respublikada daimi yaşamaq üçün kəndlərə üz tutanların sayı hər keçən gün daha da artmaqdadır. Füsunkar təbiəti, təmiz havası, ekoloji təmiz qidaları, hərtərəfli şəraiti olan abadlaşan kəndlər artıq cazibə mərkəzinə çevrilib. 2019-cu il yanvarın 1-nə olan məlumata görə, muxtar respublikada əhalinin 70,5 faizinin kənd yerlərində yaşaması faktı da bunu təsdiqləyir.

Fevralın 7-də - Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ərəfəsində Şərur rayonunun Kərimbəyli kəndində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirakı ilə yeni sosial obyektlərin istifadəyə verilməsi doğma diyarımızda kənd yaşayış məntəqələrinin abadlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter aldığını göstərir.

Müasir Azərbaycan kəndləri sırasına qoşulan Kərimbəylidə məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib, kənd yolu yenidən qurulub, bir sözlə, bütün sahələr üzrə kompleks quruculuq və abadlıq işləri görülüb.

Ali Məclisin Sədri sakinlərlə görüşündə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə onları təbrik edib, kənddə yaradılan şəraiti, tikilənləri, qurulanları muxtariyyət bayramına töhfə kimi dəyərləndirib.

Muxtariyyətin ildönümü təntənə ilə qeyd edilib

Ötən ay Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 ili tamam oldu. Nadir beynəlxalq model, hüquqi, siyasi və tarixi baxımdan fenomen kimi qiymətləndirilən Naxçıvanın muxtariyyəti daxili qanunvericiliklə yanaşı, həm də beynəlxalq müqavilələrlə müəyyən olunub. Bu amil dünyadakı çox az muxtar qurumların statusunda öz əksini tapıb.

Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunub. Tədbirdə Ali Məclis Sədrinin vurğuladığı kimi, Naxçıvana muxtariyyət verilməsinin əsas səbəblərindən biri də bu məsələnin böyüyərək regional müstəviyə çıxması və beynəlxalq hüququn subyektinə çevrilməsi idi. Belə ki, Naxçıvan məsələsi 1918-1921-ci illər ərzində altı ölkədə müxtəlif səviyyələrdə iyirmi dəfədən çox müzakirəyə çıxarılıb, sonda isə Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, qardaş Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanıb. Bu müqavilələrin davamı və yaranmış real vəziyyətin hüquqi təsdiqi olaraq 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında Dekret verilib. Bu, Azərbaycan xalqının olduqca mürəkkəb və çətin şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi.

Ali Məclisin Sədri tarixi gündə muxtariyyətin və torpaqlarımızın müdafiəsində şəhid olanları yad edib, sabitliyin və sərhədlərin qorunmasında, inkişafın təmin edilməsində əməyi olanlara təşəkkürünü bildirib, tədbir iştirakçılarını muxtariyyət günü münasibətilə təbrik edib, çıxışını ümummilli lider Heydər Əliyevin fikirləri ilə tamamlayıb: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Ötən dövrlər ərzində hər bir muxtar respublika sakininin çəkdiyi zəhmət Naxçıvan Muxtar Respublikasının inkişafına, müdafiəsinə və nəticə etibarilə, bugünkü tərəqqisinə xidmət edib. Aparılan quruculuq işlərinə, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına öz töhfələrini verənlərin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, onlar dövlət mükafatları və fəxri adlarla təltif olunublar.

Həmin tədbirdə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin və mükafatının təqdimatı olub. Ali Məclisin Sədri orden, medal və fəxri adların döş nişanlarını və vəsiqələrini təltif olunanlara, həmçinin “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” kitabına görə Naxçıvan Muxtar Respublika mükafatını kitabın müəllifi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevə təqdim edib.

İqtisadi-mədəni əlaqələr davam etdirilir

Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikasının yaxın vilayətləri ilə əlaqələri milli mənafelərimizə uyğun olaraq inkişaf edir. Hazırda enerji, təhsil, turizm, ticarət və nəqliyyat sahələrində səmərəli əməkdaşlıq mövcuddur. Həyata keçirilən qarşılıqlı rəsmi səfərlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar əlaqələrimizin inkişafına öz töhfəsini verməkdədir. Münasibətlərin yüksək səviyyəsini göstərən digər məqam isə qonşu dövlətlər üçün əlamətdar günlərin hər iki ölkədə qeyd olunmasıdır.

Fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu İran İslam Respublikasının yaranmasının 40-cı ildönümü - İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.

Muxtar respublikamızın bütün sahələr üzrə yüksək nailiyyətlər qazanması onun dünya ölkələri ilə iqtisadi-mədəni əlaqələrinin genişləndirilməsinə şərait yaradır. Xarici ölkələrin diplomatik korpusunun nümayəndələrinin muxtar respublikaya səfərləri zamanı bu məsələlər həmişə diqqət mərkəzində olur.

Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb. Ali Məclisin Sədri Yaponiya hökumətinin dəstəyi ilə Ordubad rayonundakı Azadkənddə su təchizatı sisteminin inşası layihəsinin həyata keçirilməsini qarşılıqlı əlaqələrin nəticəsi kimi dəyərləndirib və səfirə təşəkkürünü bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Yaponiya arasında təhsil və iqtisadi sahədəki əlaqələrə diqqəti çəkən Ali Məclisin Sədri muxtar respublika nümayəndələrinin Yaponiyada keçirilən müxtəlif təlim və seminarlarda iştirakından bəhs edib.

Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Qulamrza Süleymaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri iki ölkənin prezidentləri arasındakı xoş münasibətin Azərbaycan-İran əlaqələrinin inkişafında mühüm amil olduğunu bildirib. Naxçıvan Muxtar Respublikası ilə İranın Qərbi və Şərqi Azərbaycan vilayətləri arasındakı iqtisadi və mədəni əlaqələrdən bəhs edən Ali Məclisin Sədri gömrük-keçid məntəqələrinin fəaliyyətini və gediş-gəlişin artmasını əməkdaşlığın nəticəsi kimi dəyərləndirib.

Ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi 88 faizi ötüb

İnkişaf strategiyasının uğurla davam etdirilməsi muxtar respublikada iqtisadi potensialın daha da yüksəlməsinə şərait yaradıb, dayanıqlı və sabit iqtisadi sistem formalaşıb. Naxçıvanda sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan kompleks və sistemli tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi özəl bölmənin inkişafını sürətləndirib, şəhərlərlə yanaşı, bölgələrdə də sahibkarlığın inkişafına əlverişli şərait yaradıb.

Sahibkarlıq fəaliyyətinə göstərilən diqqət və qayğının nəticəsidir ki, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi ötüb. Son beş ildə muxtar respublikada, ümumilikdə, 84 sənaye təyinatlı müəssisənin istifadəyə verilməsi, 270 heyvandarlıq, 84 ətlik və yumurtalıq istiqamətində quşçuluq, 111 arıçılıq, 74 bağçılıq və 14 balıqçılıq təsərrüfatının yaradılması nəticəsində məşğulluq səviyyəsi yüksəlib, ixracın həcmi artıb. Hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Bir faktı qeyd etmək yerinə düşər ki, hazırda muxtar respublikada məşğul əhalinin 83 faizə yaxını özəl sektorda çalışır. Sənaye sahəsində məhsul istehsalının 94 faizi, tikintidə görülən işlərin və nəqliyyat xidmətinin 78 faizi, rabitə xidmətinin 82 faizi, kənd təsərrüfatı, ticarət və ictimai iaşə xidmətlərinin isə 100 faizi özəl bölmənin payına düşür ki, bu da çox yüksək göstəricilərdir.

Sahibkarlığın inkişafının dəstəklənməsinin və yaradılan şəraitin nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin ilk sədri olduğu “Caspian European Club”un 2018-ci ildə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası 18 parametr üzrə ən yüksək bal toplayaraq ikinci dəfə lider olub.

Muxtar respublikanın investisiya reytinqində qalib olması ilə bağlı təqdimat keçirilib

Fevralın 16-da Naxçıvan Biznes Mərkəzində Ali Məclisin Sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olub, muxtar respublikanın investisiya reytinqində qalib olması ilə bağlı təqdimat keçirilib.

Ali Məclisin Sədri sağlam rəqabət mühiti formalaşdırdığına görə “Caspian European Club”un rəhbərliyinə, eləcə də ölkəmizin və muxtar respublikanın sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasında əməyi olan bütün sahibkarlara təşəkkür edib. Ali Məclisin Sədri deyib: “Sahibkarlığın inkişafında məqsəd ondan ibarətdir ki, daha çox məhsul istehsal olunsun, daha çox yeni iş yerləri açılsın, sahibkarlıq subyektlərinin ixrac imkanları artsın, ailə təsərrüfatları genişlənsin. Bunun üçün muxtar respublikada hər cür imkan və şərait yaradılıb. Qalır təşəbbüs göstərmək, fəaliyyəti genişləndirmək, rəqabətədavamlı məhsul istehsal etmək və ölkəmizin ümumi inkişafına töhfə vermək”.

Tədbirdə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev Naxçıvan Muxtar Respublikasında investisiya və biznes mühitinin inkişafına verdiyi xüsusi töhfəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova “Caspian European Club”un mükafatını təqdim edib.

Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 14 sahibkara güzəştli kreditlərin çeklərini təqdim edib, Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxıb.

Yeni Günəş Elektrik Stansiyası Naxçıvanın enerji təhlükəsizliyinə növbəti töhfədir

Bu gün Naxçıvan Muxtar Respublikası regionda enerji sahəsində lider mövqedədir. Naxçıvanın iqlim şəraiti alternativ və bərpaolunan enerjidən istifadə üçün geniş imkanlar açır. Müasir energetika infrastrukturunun yaradılması və enerji təhlükəsizliyinin təmin olunmasında bu amil əsas götürülür, Günəş Elektrik stansiyaları tikilərək istifadəyə verilir. Kəngərli rayonu ərazisində 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının qurulması bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Fevralın 22-də rayonun Qabıllı kəndində yeni stansiya istifadəyə verilib. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Muxtar respublikada səmərə verən qabaqcıl təcrübələrin, yeniliklərin tətbiqi daim diqqət mərkəzindədir. Kəngərli rayonunun Qabıllı kəndində günəş panelləri ilə işləyən yeni subartezian quyusunun qazılması da görülən işlərin davamıdır. Həmin gün Ali Məclisin Sədri subartezian quyusuna baxıb, qurulanlardan səmərəli istifadə olunması, yaşıllıqların artırılması, subartezian quyularının elektrik təminatında günəş panellərindən istifadə imkanlarının araşdırılması və tətbiqi barədə tapşırıqlar verib.

İstirahət parkları salınır, suvarma şəbəkələri qurulur

2004-cü ildə yaradılan Kəngərli rayonu ötən 15 ildə böyük inkişaf yolu keçib. Qürurla deyə bilərik ki, bu gün rayonun bütün yaşayış məntəqələri ən müasir səviyyədə abadlaşdırılıb, yol infrastrukturu yenidən qurulub, çoxsaylı sosial obyektlər əhalinin istifadəsinə verilib. Tikilən yeni sosial obyektlər, müasir inzibati və yaşayış binaları ilə yanaşı, rayon əhalisinin asudə vaxtının mənalı təşkili də diqqətdə saxlanılır, yeni istirahət parkları salınır.

Fevralın 22-də Ali Məclisin Sədri Qıvraq qəsəbəsində tikilən yeni istirahət parkına baxıb, parkda sakinlərin istirahəti üçün lazımi şəraitin yaradılması barədə müvafiq tapşırıqlar verib.

Son illər qurulan qapalı suvarma şəbəkələri yeni torpaq sahələrini əkin dövriyyəsinə qatıb. Hazırda Kəngərli rayonunun Yurdçu kəndi ərazisində qapalı suvarma şəbəkəsi qurulur. Görülən bu işlər onlarla hektar torpaq sahəsinə həyat bəxş edəcək, quraq ərazilər yaşıllığa qərq olacaqdır.

Fevralın 22-də Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin tikintisi ilə maraqlanıb, yaxınlıqdakı 40 hektardan artıq ərazinin də layihələndirilməsi və qapalı suvarma şəbəkəsinin qurulması barədə tapşırıqlar verib.

Fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Ali Məclisin Sədri soyqırımı abidəsinin önünə gül qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.

Tarixin heç bir dövründə Naxçıvan bugünkü qədər gözəl, abad olmayıb

Bu gün qədim Naxçıvanda uzaqgörənliklə həyata keçirilən abadlıq-quruculuq işləri, möhtəşəm layihələr özünün genişmiqyaslılığı və səmərəliliyi ilə seçilir. İnfrastrukturu yeniləşdirmək, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlər uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırır. Muxtar respublikanın yüksəlişini özündə təcəssüm etdirən sosial-iqtisadi siyasətin başlıca istiqaməti iqtisadiyyatın dinamik inkişafına və bu əsasda sakinlərin rifahının yüksəldilməsinə, sosial şəraitinin daha da yaxşılaşdırılmasına yönəldilib.

Əminliklə deyə bilərik ki, doğma diyarımız nəinki muxtariyyətin 95 ilində, tarixin heç bir dövründə bugünkü qədər gözəl və abad olmayıb. Naxçıvanda insan amili heç bir zaman bu səviyyədə ön planda dayanmayıb. Bu, Heydər Əliyev yoludur, muxtariyyətin bəhrələridir. Naxçıvan bu yolla inamla irəliləyir, yüksəlir və Azərbaycanın parlayan ulduzu kimi şəfəq saçır.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gündüz İsmayılov: Dinin siyasiləşdirilməsi və dünyəvilik prinsipinə qarşı çıxışlar milli təhlükəsizliyə təhdiddir

Ədibin nəvəsi: Abdulla Şaiq ömrünü uşaqların savadlı və Vətənə layiqli vətəndaş kimi yetişməsinə həsr edib

Macarıstanda 20 Avqust atəşfəşanlıq proqramında dəyişiklik edilir

Bosniya və Herseqovinanın ombudsmanı: Milli insan hüquqları təsisatları yeni çağırışlarla məşğul olmaq öhdəliyi daşıyır

Oman nümayəndəsi: Dövlətlər süni intellekt sahəsində birgə əməkdaşlıq etməlidir

Moldovanın sabiq ombudsmanı: Bugünkü sammit bir çox müvəkkillər üçün yol xəritəsi rolunu oynayır

Əsas kapitala yönəldilmiş investisiyanın 21,8 faizi tikinti işlərinə xərclənib

Azərbaycanın 13 cüdoçusu Avropa Kubokunda mübarizə aparacaq

Pit Heqset: NATO müdafiə məsələləri ilə deyil, gender problemləri ilə məşğul olur

Vasip Şahin: İlk xarici səfərimin Azərbaycana olması xüsusi əhəmiyyət daşıyır

İğdır Universitetinin rektoru: Qərbi Azərbaycana qayıdış bütün Türk dünyasının ortaq və haqlı davasıdır

“Real Madrid” İbrahima Konate ilə 4 illik müqavilə imzalayıb

Pit Heqset: Avropa hərbi gücə çevrilməli və güclü Amerika kimi müttəfiqi olmalı idi

Əziz Ələkbərli: Ermənistan rəhbərliyi soydaşlarımızın sülh və qarşılıqlı anlaşma şəraitində öz doğma torpaqlarına qayıdışına şərait yaratmalıdır

Bu ilin 5 ayında Azərbaycan 14,6 milyon dollar dəyərində kartof ixrac edib

Nadir və endemik bitkilərin tədqiqində mühüm nəticələr

Türkiyənin baş ombudsmanı: Süni intellekt insan hüquqları əsasında tənzimlənməlidir

Növbəti iki gün hava əsasən yağmursuz keçəcək – PROQNOZ

“Səbail” baş məşqçisi ilə yollarını ayırıb

Ziyafət Əsgərov: Əsas məqsədimiz Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin təmin olunmasıdır

Pakistanın Federal Ombudsmanı: Süni intellekt insan mərkəzli yanaşma ilə tənzimlənməlidir

Peşə təhsili müəssisələri Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur

ADPU “QS dünya universitetləri reytinq”ində 1201–1400-cü yerlər aralığında qərarlaşıb

Nazir müavini: Türkiyə beynəlxalq bazarlarda 12 dövlət sukuku emissiyasını uğurla həyata keçirib

Kimya İnstitutunda yeni katalitik sistem üzrə tədqiqat aparılıb

Ekspert: Müəllimlərin tədris prosesinə vahid geyim formasında cəlb olunmasının müsbət təsirləri çoxdur

Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb

Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib

Nazir: Sukuklardan yalnız müsəlman ölkələri deyil, qeyri-müsəlman dövlətlər də geniş istifadə edir

Hadi Əl-Yami: Dövlətlər süni intellekt üzrə milli fəaliyyət planları hazırlamağa təşviq edilməlidir

Ağasəlim Mircavadov: Azərbaycan klublarının avrokuboklardakı rəqiblərini zəif hesab etmək olmaz

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Astanada ölkəmizin səfirliyini ziyarət edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2018-ci il 23 fevral tarixli 20/01-002 nömrəli Qərarı ilə təsdiq edilmiş “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin QƏRARI

Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq

Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib

Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili - elmi konfrans

Litva hökuməti iyunun 23-də istefa verəcək

BNF-nin beynəlxalq seminarlarında Azərbaycanın nəqliyyat və aviasiya sahələrindəki təcrübəsindən danışılıb

Malayziya Mərkəzi Bankı: Hazırda qlobal dövriyyədə olan sukukların həcmi 1 trilyon dolları ötür

Xamis Seyranov: Kadr hazırlığı və texnoloji yenilənmə metrologiyanın gələcəyini formalaşdırır

Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək

Özbəkistan üçün tarixi məqam

UNEC dünyanın ən yaxşı 634-cü universitetidir

Milli Kitabxanada İnsan Hüquqları Gününə həsr olunmuş sərgilər açılıb

Beş ayda ölkədə istehsal edilən tikinti materiallarının həcmi açıqlanıb

İşğal dövründə Azərbaycan ərazilərində qəbiristanlıqlar vandalizmə məruz qalıb

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 5 faizdən çox artıb

Tarlalardan 443 min tondan çox tərəvəz yığılıb

Xəzərin sahilində əfsanəyə çevrilən dağ VİDEO

Xəzərin sahilində əfsanəyə çevrilən dağ VİDEO

Şotlandiyalı peşəkar boksçu faciəvi şəkildə vəfat edib

Qəbul imtahanında 400 bal toplayan abituriyent: Dərslərimə hər zaman ciddi yanaşmışam

Amina Buayaş: Süni intellektin nəzarətsiz istifadəsi fundamental hüquqları təhlükə altına salır

Fransa hökuməti yüksəkvəzifəli məmurlar üçün məcburi narkotik testləri tətbiq edəcək

Elbrus İsayev: Qərbi Azərbaycan minilliklər boyunca formalaşmış tariximizin, mədəniyyətimizin və mənəvi köklərimizin ayrılmaz hissəsidir

Nigerin paytaxtında hava limanı ərazisində partlayış və atışma səsləri eşidilib

Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır

XVII əsrin yadigarı: İçərişəhərin Yeraltı hamamı VİDEO

XVII əsrin yadigarı: İçərişəhərin Yeraltı hamamı VİDEO

Almaniyanın iki hərbi gəmisi Qırmızı dənizə daxil olub

İƏT Komissiyasının direktoru: Süni intellektə yalnız risk mənbəyi kimi baxmaq olmaz

Moskvaya dron hücumları nəticəsində aeroportların işində problemlər yaranıb

Bu saata olan əsas xəbərlər

Əl-Casir: Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik

AzMİU ilə Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan simfonik musiqisinin banilərindən biri – Cövdət Hacıyev

Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq

Hadi Əl-Yami Azərbaycanın rəqəmsal transformasiya sahəsində nailiyyətlərini yüksək qiymətləndirib

Təcrübə-Sənaye Zavodu Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur

“Şəms” tərcümə şirkəti: Yeni texnologiyaların tətbiqi zamanın tələbidir VİDEO

“Şəms” tərcümə şirkəti: Yeni texnologiyaların tətbiqi zamanın tələbidir VİDEO

Bu ilin beş ayında əlilliyi olan 6700 şəxsə 281 min reabilitasiya vasitəsi verilib

Musa Qasımlı: Azərbaycan təhlükəsizlik və insan hüquqları sahəsində nümunə göstərir

Əli Əhmədov: Təhsil, elm və səhiyyə sahələrində Azərbaycan-Rusiya əməkdaşlığı məzmunu və dinamik inkişafı ilə fərqlənir VİDEO

Əli Əhmədov: Təhsil, elm və səhiyyə sahələrində Azərbaycan-Rusiya əməkdaşlığı məzmunu və dinamik inkişafı ilə fərqlənir VİDEO

III ixtisas qrupunda ən yüksək nəticəni göstərən Zeynəb Quliyeva: Hüquqşünas olmağı planlaşdırıram

İkinci rübdə neft daşınmalarının 4,8 faiz azalması gözlənilir

Elm və təhsil naziri: Qərbi Azərbaycan mövzusu artıq strateji fəaliyyət istiqamətinə çevrilib

Konstitusiya Məhkəməsinin sədri: Gələcəyin hüquq sistemi insan mərkəzli inkişaf konsepsiyası üzərində qurulmalıdır

Beş ayda külək elektrik stansiyalarından istehsal 67 dəfəyə yaxın artıb

Fərhad Abdullayev: Süni intellekt məhkəmə sistemində böyük imkanlar yaradır

Bu il qlobal neft tələbatının gündəlik 103,2 milyon barelə enəcəyi gözlənilir

Əli Əhmədov: Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi qanunvericilik fəaliyyətinin səmərəliliyinin artırılmasına kömək edir VİDEO

Əli Əhmədov: Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi qanunvericilik fəaliyyətinin səmərəliliyinin artırılmasına kömək edir VİDEO

Konstitusiya Məhkəməsinin sədri: Süni intellekt hüquqi dövlət prinsipləri kontekstində qiymətləndirilməlidir

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 28 faiz artıb

BDU QS reytinqində 565-ci yerə yüksəlib

Bu ilin 5 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 6,3 faiz artım qeydə alınıb

Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Pakistan daha 485 nəfər əfqan məhbusu azad edib

AQTA: Ölkəmizdə təkdırnaqlı heyvanlar arasında epizootoloji vəziyyət sabitdir

Azərbaycan Ombudsmanı süni intellektin insan hüquqlarına təsirini araşdırır

Səlahiyyətli nümayəndə: Festival-konqres Qərbi Azərbaycanın zəngin irsinin yaşadılmasına və təbliğinə mühüm töhfə verəcək

Rusiya Federasiya Şurası sədrinin birinci müavini humanitar əlaqələrin ikitərəfli əməkdaşlığın inkişafında xüsusi rolunu vurğulayıb VİDEO

Rusiya Federasiya Şurası sədrinin birinci müavini humanitar əlaqələrin ikitərəfli əməkdaşlığın inkişafında xüsusi rolunu vurğulayıb VİDEO

Laçında işəgötürənlər və işçilər əməyin mühafizəsi barədə məlumatlandırılıblar

Xalq artisti: Missiyamız zəngin musiqi ənənələrimizi gənclərə öyrətmək və yaşatmaqdır VİDEO

Xalq artisti: Missiyamız zəngin musiqi ənənələrimizi gənclərə öyrətmək və yaşatmaqdır VİDEO

Ronaldu dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir

ADNSU QS dünya universitetləri reytinqində irəliləyərək 711-ci yerə yüksəlib

Ötən ay qeyri-OPEC+ üzrə neft tədarükü sutkada 58,5 milyon barelə çatıb

DİN: Axtarışda olan 148 nəfər saxlanılıb

Ombudsman: Azərbaycanda süni intellektin tətbiqi insan hüquqlarına əsaslanan prinsiplər üzərində qurulur

® Mərkəzi Gömrük Hospitalının transplantoloqu “Tərəqqi” medalı ilə təltif olunub

Andrey Yatskin: Rusiya və Azərbaycan liderləri ikitərəfli əməkdaşlığın strateji vektorunu müəyyənləşdirirlər VİDEO

Andrey Yatskin: Rusiya və Azərbaycan liderləri ikitərəfli əməkdaşlığın strateji vektorunu müəyyənləşdirirlər VİDEO

Azərbaycandan nəql olunan qazın 54 faizi Bakı-Tbilisi-Ərzurum kəmərinin payına düşüb

Quş qripi Avstraliyada dəniz fili balalarının 76 faizinin ölümünə səbəb olub