“HEYDƏR ƏLİYEV VƏ ŞAMAXI”
Eyni zamanda, kitabda Şamaxının zəhmət adamları və ziyalıları da ulu öndərimizin bu rayona, eləcə də onlara göstərdiyi atalıq qayğısı barədə böyük məhəbbətlə və ehtiramla söhbət açmışlar. “Heydər Əliyev və Şamaxı” kitabında ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin Şamaxıya 2005-ci il aprelin 26-dakı səfəri ilə bağlı geniş material və fotoşəkillər dərc edilmişdir. Həmçinin kitabda oxuculara 2004-cü ilin əvvəllərindən başlayaraq Şamaxıda quruculuq, abadlıq və rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə yazılar təqdim olunmuşdur.
Şamaxı Rayon İcra Hakimiyyətində kitabın təqdimat mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Natiq Məmmədov “Heydər Əliyev və Şamaxı” kitabının əhəmiyyəti və ulu öndərimizin adının əbədiləşdirilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat vermişdir.
Milli Məclisin deputatı, xalq yazıçısı Maqsud İbrahimbəyov, Şamaxı Mədəni-Maarif Texnikumunun direktoru Rauf Əliyev, rayon qadınlar şurasının sədri Nəzakət Abdulrazaqova, tarix elmləri namizədləri Mayıl Alcanov, Vahid Xanəliyev və rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov şamaxılılara dəyərli töhfə olan kitabın məziyyətlərindən danışmış, onu hazırlayanların əməyini yüksək qiymətləndirmişlər.