Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyevin Azərbaycanda dağ-mədən sənayesinin inkişafına verdiyi xüsusi töhfələri

Heydər Əliyevin Azərbaycanda dağ-mədən sənayesinin inkişafına verdiyi xüsusi töhfələri

Bakı, 29 oktyabr, AZƏRTAC

Bəşəriyyətin tarixi sübut edir ki, hər hansı bir ölkənin inkişafında, onun dünyada güclü dövlət kimi tanınmasında nüfuzlu siyasi liderin olması başlıca amildir. Dərin zəkası, cəsarətli addımları, qətiyyətli, uzaqgörən xarici və daxili siyasəti ilə ölkəsini təhlükələrdən qoruyan və dayanıqlı inkişafını təmin edən siyasi liderlər bütün dövrlərdə öz xalqlarının həyatında tarixi missiya daşıyıblar. Azərbaycanın dünyada tanınmasında və nüfuzunun yüksəlməsində misilsiz rol oynamış, xalqımızın ümummilli lideri səviyyəsinə yüksəlmiş Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri illər keçdikcə öz yüksəkliyini daha bariz göstərməkdədir.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması isə Ümummilli Liderimizin dövlətimiz və xalqımız qarşısında göstərdiyi misilsiz xidmətlərə böyük ehtiramın bariz nümunəsidir. Ulu Öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu Azərbaycanın strateji inkişaf konsepsiyasının hazırlanması və uğurlu icrası nəticəsində ölkəmiz özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə etməklə bir çox dövlətlər və beynəlxalq qurumlarla bərabərhüquqlu tərəfdaşlığın əsasını qoyub. Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına nəqli, Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması kimi transmagistral və irimiqyaslı layihələrini səmərəli şəkildə həyata keçirilməsinə nail olub, ölkəmizin gələcək illər üzrə inkişaf strategiyasının əsasını qoyaraq azərbaycançılıq ideologiyasının əsasını, Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədrinin müavini, texnika elmləri üzrə fəlsəfə doktoru Azər Şükürovun “Heydər Əliyevin Azərbaycanda dağ-mədən sənayesinin inkişafına verdiyi xüsusi töhfələri” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Ulu Öndərin dağ-mədən sənayesi üzrə strategiyasının reallaşdırılması xarici şirkətlərlə çoxsaylı müqavilələrin imzalanmasına gətirib çıxarıb

Məlumdur ki, ölkəmiz neft və qazla yanaşı, həm də faydalı qazıntı ehtiyatları ilə də zəngindir. Məhz mineral xammal ehtiyatları, yerüstü-yeraltı təbii sərvətlər hər bir ölkənin iqtisadi müstəqilliyinin təmin olunmasında mühüm amillərdəndir. Ölkəmizin təbii sərvətlərinin öyrənilməsi və mənimsənilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi və xalqımızın ümumu rifah halının yaxşılaşdırılması istiqamətində tam şəkildə sərf olunması yalnız Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra mümkün olub.

Dünya sivilizasiyasının formalaşmasında geologiya elminin rolu çox mühüm yerlərdən birini tutur. Dövlətin sənaye sektorunun bütün sahələrinin inkişafı məhz dağ-mədən sektorunun üzərinə düşür. Tam əminliklə demək olar ki, Azərbaycanın dağ-mədən sənayesinin yeni tarixi şəraitdə müasir inkişaf konsepsiyasının işlənib hazırlanması da ümummilli lider Heydər Əliyevin mühüm xidmətlərindən biridir. Məhz Ulu Öndərin bu sahədə işləyib hazırladığı yeni strategiyanın reallaşdırılması xarici şirkətlərlə ölkəmizin milli maraqlarına cavab verən çoxsaylı müqavilələrin imzalanmasına gətirib çıxarıb, dağ-mədən sənayesinin inkişafına böyük töhfələr verib.

“Azərbaycan zəngin təbii sərvətlərə malikdir. Bu təbii sərvətlərdən keçmiş zamanlarda da Azərbaycan xalqının rifahı naminə istifadə olunubdur. İndi isə biz öz taleyimizin sahibi olaraq, müstəqil dövlət olaraq təbii sərvətlərimizdən sərbəst və daha da səmərəli istifadə etmək imkanını əldə etmişik” fəlsəfəsini əsas tutan və daim milli maraqlarımızın fövqündə dayanan Heydər Əliyevin gərgin səyləri və praqmatik siyasəti ilə 1997-ci il avqustun 20-də Azərbaycanın “Azərqızıl” Dövlət Şirkəti ilə Amerikanın “P.V.İnvestmen” Qrup Servisis LLS” Şirkəti arasında sazişin imzalanmasına nail olunub. Bu tədbirə həsr olunmuş mərasimdəki yekun nitqində Ulu Öndər bu cür irimiqyaslı layihənin ərsəyə gəlməsi ilə bir sıra xarici ölkə şirkətləri üçün də Azərbaycanın iqtisadi sahədə etibarlı tərəfdaş olduğunu nümayiş etdirir və növbəti bu cür layihələrin reallaşdırılması üçün dünyanın iri şirkətlərinə açıq mesaj verirdi: “Bu gün bir daha bəyan edirəm ki, Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlayaraq ərazisində olan bütün imkanlardan bundan sonra da səmərəli istifadə etməyə çalışacaq və bu münasibətlə xarici investisiyaların Azərbaycana gəlməsini zəruri, çox əhəmiyyətli hesab edirəm. Qapılarımız hamı üçün açıqdır və Azərbaycana maraq göstərən hər bir şirkəti, ölkəni qəbul etməyə hazırıq” .

Ümummilli Liderin sazişin imzalanması mərasimində söylədiyi fikirlər ölkəmizin gələcəyinə hesablanmışdı: “Biz Azərbaycanın xoşbəxt gələcəyi üçün yeni bir ciddi addım atırıq. Azərbaycanın ərazisində olan yeraltı sərvətlər, o cümlədən qızıl, gümüş və mis filizi əsrlər boyu yatıb qalmış sərvətlərimizdir. Xatirəmdədir, on illərlə Azərbaycan alimləri, mütəxəssisləri ölkəmizin xəritəsini çəkərək belə əlvan metal yataqlarının olmasını daim qeyd ediblər, xəritələrdə işarə ediblər. Biz bununla daim fəxr etmişik, iftixar hissi ilə cürbəcür məclislərdə demişik, ancaq bu sərvətlər indiyə qədər yerin altında yatıb qalıb və xalq bunlardan heç vaxt istifadə edə bilməyibdir.

Biz Allahın, taleyin Azərbaycan xalqına bəxş etdiyi bu sərvətləri indi məhz xalqın rifah halını yaxşılaşdırmaq, xalqa təqdim etmək üçün işə başlayırıq. Bu, tarixi hadisədir. Bu gün iftixar hissi ilə deyə bilərik ki, bu tarixi addımı məhz indi, müstəqil Azərbaycanda biz atırıq. Biz Azərbaycanın gələcək nəsilləri üçün böyük töhfə veririk. Bu, XXI əsrə böyük bir töhfədir. Mən şübhə etmirəm ki, bu yataqlar işlənən zaman Azərbaycanın yeraltı sərvətlərinin daha da çox olduğunu müşahidə edəcəyik. Göstərilən rəqəmlər ancaq ilkin rəqəmlərdir, onlar daha da artacaq və bu saziş Azərbaycan xalqına 15-20 il yox, bütün XXI əsrdə çox böyük xidmətlər göstərəcəkdir.

Bugünkü hadisə Azərbaycanın müstəqilliyini bir daha təsdiq edir, iqtisadiyyatımızın bazar iqtisadiyyatı yolu ilə getdiyini göstərir, Azərbaycanın qapılarının xarici investisiyalara açıq olduğunu əyani surətdə nümayiş etdirir, Azərbaycan dövlətinin iqtisadi siyasətini sözlə yox, əməli işlə dünyaya nümayiş etdirir” .

Amerika şirkəti ilə əldə olunmuş razılaşmanın Azərbaycanın sosial problemlərinin həllində yeni bir addım kimi qiymətləndirən Ulu Öndər xüsusi qeyd edirdi ki, qeyri-iqtisadiyyat sahəsində indiyədək gördüyümüz işlər, həyata keçirdiyimiz tədbirlər, atdığımız addımlar və imzaladığımız müqavilələr Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək və əhalinin, vətəndaşlarının rifah halını yaxşılaşdırmağa xidmət edir.

Qeyd edək ki, ümummilli liderin dağ-mədən sahəsinin inkişaf etdirilməsi ilə bağlı proqram xarakterli çıxışından sonra bu sahədə aparılan işlərin miqyası genişlənib. İqtisadiyyatın inkişaf hədəflərinə uyğun olaraq yeni dağ-mədən sahələrində geoloji-axtarış və bu sahədə istehsalat işlərinin həcminin artırılması, ölkəmizin potensialının genişləndirilməsi və yeni mədənlərin istifadəyə verilməsi həyata keçirilib .

Bu fəaliyyət hazırda Prezident İlham Əliyevin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamına əsasən yaradılmış “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yüksək səviyyədə uğurla davam etdirilir. “AzerGold” QSC ölkə ərazisində qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. “AzerGold” QSC tərəfindən 2020-ci il dekabrın 14-də ilk dəfə olaraq törəmə hüquqi şəxs qismində “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edilib. “AzerGold” -un irimiqyaslı layihələrindən biri olan “Daşkəsən Dəmir Filizi” sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən bölgənin inkişafına yeni təkan verdi. Bundan əlavə, 2017-ci ildən “AzerGold” QSC-nin ilk mədən layihəsi olan “Çovdar” qızıl yatağında da hasilat işlərinə başlanılıb.

Ümummilli Lider hələ Azərbaycana rəhbərliyinin ilk illərindən Gəncədə alüminium istehsalı sahəsi ilə bağlı işləri diqqət mərkəzində saxlayıb, 1969-cu ildən Gəncə Gil-Torpaq Kombinatının yaradılması, inkişaf etdirilməsi üçün çalışıb. 1976-cı ildə Gəncə Alüminium Zavodu kimi istifadəyə verilən müəssisə kükürd, sulfat turşusu, tikinti materialları və kənd təsərrüfatında istifadə olunan kalium gübrələrinin istehsalı ilə məşğul olub. Heydər Əliyev 2000-ci il mayın 26-da Gəncə Gil-Torpaq İstehsalat Birliyində keçirdiyi görüşdə Azərbaycanın ən böyük sənaye müəssisələrindən olan və təbii xammal əsasında fəaliyyət göstərən bu kombinatın fəaliyyəti və ekoloji təsirləri ilə bağlı ardıcıl müzakirələr aparıb: “Ekologiya məsələləri bir daha ciddi qoyulmalıdır. Bu da birinci növbədə burada işləyən insanların sağlamlığı, sizin sağlamlığınız üçündür. Ekologiya tələbləri nə qədər yüksək olsa, siz - burada işləyən adamlar da sağlamlığınızı bir o qədər qoruya biləcəksiniz. Ona görə də biz bu məsələlərlə məşğul oluruq və olacağıq”.

Heydər Əliyev dağ-mədən sahəsində yüksəkixtisaslı mütəxəssis hazırlığına xüsusi diqqət yetirib

Ölkəmizdə dağ-mədən sənayesinin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışarkən bu sahədə yüksəkixtisaslı mütəxəssis hazırlığı faktoruna da xüsusi diqqət yetirmək lazımdır. Məhz Ulu Öndərin səyləri ilə istedadlı azərbaycanlı gənclərin keçmiş İttifaqın nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi və onların arasında eyni zamanda dağ-mədən sənayesi sahəsi üçün də kadr hazırlığının nəzərdə tutulması bu sahənin yüksəkixtisaslı milli dağ-mədən mühəndis-mütəxəssislərlə təmin olunması baxımından böyük əhəmiyyət daşıyıb. Bu, Heydər Əliyevin ölkəmizdə dağ-mədən sahəsində yüksək biliyə malik kadrların yetişməsində xüsusi xidməti idi. Yeri gəlmişkən bu dəstəkdən yararlananlardan biri də mən olmuşam. Bu gün, böyük minnətdarlıq və qürur hissi ilə qeyd etmək istərdim ki, mən 1985-1991-ci illərdə Moskva Dağ-Mədən İnstitutunda dağ-mədən mühəndisliyi ixtisası üzrə təhsil almışam və bununla fəxr edirəm.

Ulu Öndər ətraf mühitin qorunması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məsələlərini daim diqqət mərkəzində saxlayıb

Ulu Öndər fəaliyyətində yeni sənaye müəssisələrinin yaradılması ilə yanaşı, ətraf mühitin qorunması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məsələlərini daim diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, məhz Heydər Əliyevin 1969-1982 və 1993-2003-cü illərdə respublikamıza rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində qəbul olunmuş mühüm ekoloji qərarlar, qanunlar, sərəncamlar ölkəmizin təbiətinin qorunmasına yönəlmişdi. Bu sahədə aparılan sistemli və ardıcıl fəaliyyət öz səmərəsini verib. Ulu Öndər keçirdiyi müşavirələrdən birində təbiətə yönəlik hər bir cəhdə qarşı barışmaz və kəskin mövqeyini ortaya qoymuşdu: “Mən 1993-cü ildə Bakıya gələrkən, bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir.... İnsan qurmalıdır, yaratmalıdır... hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...” .

Qeyd edək ki, Heydər Əliyevin təbiətin mühafizəsi və yeni yaşıllıqların salınması və qorunması sahəsinə diqqət və qayğı konsepsiyası bu gün də diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, 2006-cı il noyabrın 15-də Azərbaycanda təbiəti mühafizə sahəsində həyata keçirdiyi uğurlu siyasətə görə Prezident İlham Əliyevə Almaniyanın dünyada çox böyük nüfuza malik Mixael Zukkov Fondunun ali mükafatı təqdim olunub. Mərasimdə çıxışı zamanı bu sahədə aparılan işlərin mahiyyətini və hədəflərini Prezident İlham Əliyev çox dəqiq ifadə edib: “Azərbaycanın böyük təbii sərvətləri var və bu təbii sərvətlər hesabına, onların səmərəli işlənilməsi hesabına indi ölkəmiz dünyada analoqu olmayan sürətlə inkişaf edir. Ancaq bizim təbii sərvətlərimiz təkcə neft-qaz deyildir. Bizim təbiətimiz, çaylarımız, Xəzər dənizimiz, dağlarımız, havamız bizim təbii sərvətimizdir. Bu amillər ölkəyə özünəməxsus imic gətirir, insanların sağlamlığına müsbət təsir göstərir. Ekologiya, sağlamlıq, sosial məsələlər - bütün bunlar bir-biri ilə sıx bağlıdır. Biz bu məsələlərə yanaşanda çalışırıq ki, bunları kompleks şəkildə həll edək”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da ölkəmizdə yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir. Azərbaycanda ekoloji durumun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə Heydər Əliyev Fondu da mühüm töhfələr verib. Birinci xanımın təşəbbüsü ilə 2019-cu ildə mütəfəkkir şair İmadəddin Nəsiminin yubileyinə həsr olunan aksiyada ölkə üzrə bir gündə 650 min ağacın əkilməsi, ümumilikdə, yaşıllıq zolaqlarının miqyasının artmasına səbəb olub. Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var. 2020-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş “Zəngin hövzələr” yeni genişmiqyaslı layihənin icrasına başlanılıb. Azərbaycanın bütün regionlarını əhatə edən həmin layihələr ölkəmizin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına böyük töhfələr verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyinin yaxından dəstəyi ilə paytaxt Bakı ilə yanaşı, regionlarda da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyaları da əsası Heydər Əliyev tərəfindən qoyulmuş ana təbiətə qayğı və diqqət konsepsiyasının bu gün uğurla davam etdirilməsidir.

Azad edilən ərazilərimizdə əlvan metal ehtiyatlarının potensialı dağ-mədən sənayesinin
inkişafında böyük rol oynayacaq

Məlum olduğu kimi, 2020-ci ildə ölkəmiz müstəqillik tarixinin ən şanlı səhifələrindən birini yaşadı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi qətiyyəti, sarsılmaz iradəsi ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu. Erməni işğalında olan əzəli torpaqlarımız, Qarabağımızın tacı Şuşa düşmən əsarətindən xilas olundu.

Artıq Qarabağımızda geniş tikinti-quruculuq, bərpa işlərinə başlanılıb. Şanlı Zəfər Qarabağımıza Böyük Qayıdışın əsasını qoymaqla ölkəmiz, iqtisadiyyatımız üçün də geniş imkanlar yaratdı. Söhbət həm də Qarabağ regionunun böyük iqtisadi potensialından gedir. İşğaldan azad edilmiş torpaqlarımızda mövcud faydalı qazıntı yataqları dağ-mədən sektorunda işlərin genişləndirilməsinə yeni perspektivlər açır. İşğaldan azad edilən ərazilərimizdə əlvan metal ehtiyatlarının potensialı ölkəmizin dağ-mədən sənayesinin inkişafında da böyük rol oynayacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri bu yerlərə yenidən həyat verir, ermənilərin ekoloji mühitə vurduqları zərərin nəticələri aradan qaldırılır. Hazırda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi ilə yanaşı, ekoloji tarazlığın bərpası istiqamətində də ciddi addımlar atılır.

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı ilə verilmiş tapşırıqlara əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə meşə ehtiyatlarının, fauna və floranın, xüsusi mühafizə olunan təbiət ərazilərinin, su ehtiyatlarının, faydalı qazıntı yataqlarının qiymətləndirilməsi və həmin ərazilərdə ekoloji tarazlığın bərpa olunması ilə bağlı təkliflərin hazırlanması məqsədilə işlərə başlanılıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev mayın 6-da Bakıda keçirilən “Gələcəyə baxış: rəqəmsal kənd təsərrüfatına keçid” beynəlxalq konfransındakı çıxışında bu sahədə nəzərdə tutulan konkret işlərin əhəmiyyətini yüksək qiymətləndirib: “Bizim torpaqların işğaldan azad edilməsi bu sektorun inkişafında yeni bir mərhələ oldu. Ermənistan tərəfindən torpaqlarımızın bir hissəsinin 30 il ərzində işğalda saxlanılması bizim meşələrə, biomüxtəlifliyə, su resurslarına mənfi təsir edib. Azərbaycan azad edilmiş ərazilərdə meşəbərpa tədbirlərini həyata keçirməyi qarşısına məqsəd qoyub. Bu da iqlim dəyişikliyi və torpaq deqradasiyasının qarşısının alınmasına yönəlib”.

İşğalçı Ermənistan tərəfindən məhv edilmiş yaşıllıq massivlərinin bərpası məqsədilə Füzuli rayonunda yeni yaradılacaq parkda, eləcə də Şuşada Topxana meşəsinin bərpası və ağacəkmə tədbirləri Qarabağımıza Böyük Qayıdışın tərkib hissəsi olmaqla tarixi ərazilərimizə artan diqqət və qayğının təzahürüdür. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi bu tədbirlər Qarabağımızın təbiətinin əsrarəngiz gözəlliyinin canlanmasına yeni ruh verir.

Böyük Zəfərdən sonra çox qısa vaxtda ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonların yaradılmasının xüsusi strateji əhəmiyyəti var. Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgəsinə daxil olan rayonların hər biri özünəməxsus zəngin təbii resurslara, yüksək iqtisadi potensiala və inkişaf perspektivlərinə malikdir. Qarabağın gələcək iqtisadiyyatında dağ-mədən sənayesi mühüm yer tutacaq, regionun sənayesinin dirçəldilməsinə, yeni iş yerlərinin yaradılmasına, ölkənin ixrac potensialının artırılmasına önəmli töhfə verəcək.

Beləliklə, Böyük Zəfər, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xilaskarlıq missiyasının yeni dövrdə İlham Əliyev tərəfindən davamı, qalibiyyətin təntənəsidir.

Ulu Öndərin dediyi kimi: “Gərək nəbzin Vətənin nəbzi ilə vursun”.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA