Həyət evlərinə maraq artacaq - ekspert
Bakı, 4 iyul, AZƏRTAC
Zəlzələ kimi təbii fəlakətlərin daşınmaz əmlak bazarına təsiri qısamüddətli olur. İnsanlarda zəlzələnin yaratdığı psixoloji təsir ötəndən sonra qiymətlər yenidən bazar şərtləri əsasında formalaşır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib.
O bildirib ki, iyulun 4-nə keçən gecə Azərbaycanda baş vermiş zəlzələ insanlarda təşvişə səbəb oldu. Zəlzələnin indiki məqamda əmlak bazarına təsiri həyət evlərinə marağı bir qədər artıracaq. Çünki gecə zəlzələ zamanı həyət evləri olanlar orada qalmağa üstünlük verdilər. Türkiyədə baş verən dağıdıcı zəlzələ Azərbaycanda da daşınmaz əmlak bazarına öz təsiri göstərmişdi. Azərbaycanda baş verən zəlzələ də həm həyət evlərinin, həm də torpaq sahələrinin qiymətlərinin artmasına təsir edəcək. Tələbin yüksəlməsi qiyməti artıran amildir. Zəlzələ, həmçinin hündürmərtəbəli binaların alınmasında alıcıların tərəddüdünə gətirib çıxaracaq və bina evlərinə tələb müəyyən qədər aşağı düşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]
Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb
- 05.06.2026 [17:04]
Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir?
- 05.06.2026 [16:42]