Hikmet Eren: Azərbaycanda çox gözəl seçki mühiti var
Bakı, 7 fevral, AZƏRTAC
Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanda çox gözəl seçki mühiti var.
AZƏRTAC xəbər verir ki, bu fikirləri secki-2020.az saytına açıqlamasında türkiyəli ictimai xadim, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi İdarə Heyətinin rəhbəri, “EkoAvrasiya” jurnalının baş redaktoru Hikmet Eren bildirib.
“Azərbaycan demokratik dəyərlərin möhkəmləndirilməsi istiqamətində ciddi uğurlar əldə edib. Bu seçkilərdə daha güclü rəqabətin olduğunu deyə bilərəm. Parlament seçkiləri Azərbaycandakı sosial şəbəkə istifadəçilərinin əsas mövzusudur. Burada aparılan müzakirələr, edilən paylaşımlar deməyə əsas verir ki, ölkədə demokratik seçki mühiti mövcuddur. Bu mühit azad və ədalətli seçkilərin keçirilməsi üçün münbit zəmin yaradıb”, - deyə H.Eren bildirib.