Hindistan Çinlə sərhədə əlavə olaraq 35 min əsgər yerləşdirməyə hazırlaşır
Bakı, 29 iyul, AZƏRTAC
Hindistan yaxın vaxtlarda Çinlə sərhədə əlavə olaraq 35 min əsgər yerləşdirməyə hazırlaşır.
AZƏRTAC “Mint” qəzetinə istinadla xəbər verir ki, indiyədək Hindistan və Çin sərhədində vəziyyətin nizamlanmasına dair iki ölkənin imzaladığı saziş yerinə yetirilmir və yaranmış vəziyyət həmin rayonda əlavə qüvvələrin yerləşdirilməsini tələb edir.
Bir qədər əvvəl “The Hindu” qəzeti Çinin öz qoşunlarını faktiki olaraq nəzarət altına aldığı Şərqi Ladakh rayonundan qismən geri çəkdiyi barədə məlumat yayıb. Hindistan bu proseslə razı deyil.
Qeyd edək ki, may ayının əvvəllərində Ladakh vilayətində hindistanlı və çinli əsgərlər arasında qarşıdurmadan sonra regionda vəziyyət gərginləşib. İyunun 15-dən 16-na keçən gecə vilayət ərazisindəki Qalvan çayı rayonunda iki ölkə hərbçiləri arasında toqquşma baş verib. Nəticədə Hindistan ordusunun azı 20 hərbçisi öldürülüb, 76-sı isə yaralanıb. Çinli hərbçilər arasında da ölənlərin olduğu bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]